Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kelbecer rayonundan olan seçiciler ile görüş keçirilib- FOTO

29 Temmuz 2016

7:20 pm


29/07/2016 [23:18]: xeber –
29 Iyul 2016-cı il tarixində Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovun qəbuluna gələn Kəlbəcər rayonundan olan seçicilər ilə görüş keçirilib. Müraciətlər əsasən iş, yaşayış yeri ilə təmin edilmə, qeydiyyat, sənədləşmə, sosial müavinətin alınması, və digər sosial problemlərlə bağlı olub. Millət vəkili Cavid Qurbanovun tapşırığı əsasında müraciət edən seçicilərin problem və təklifləri, eyni zamanda ərizələri qəbul edilib və qaldırdıqları müraciətlərin nəzarətdə saxlanılacağıvə həllinə köməklik göstərəcəyi bildirilib. Millət vəkili Cavid Qurbanovun tapşırığı əsasında seçicilərin qaldırdıqları bir sıra problemlər yerindəcə həll edilib və ərizə və şikayət məktublarının aidiyyatı orqanlara göndərilməsi üçün tapşırıqlar verilib. Tədbirdə qeyd olunub ki, millət vəkili Cavid Qurbanov daim Kəlbəcər rayonundan olan seçicilərin problemlərini diqqət mərkəzində saxlayır. Bu gün Qaçqın və məçburi köçkün soydaşlarımızın qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsası Heydər Əliyev tərəfindən qoyulub. O da bildirilib ki,prezidentimiz cənab İlham Əliyev ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirərək hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi diqqət və qayğı ilə yanaşıb, sosial müdafiə cəhətdən zəif təmin edilən bu insanların həyat və məişət şəraitlərinin daha da yaxşılaşdırılması üçün tədbirlər görür.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler