Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Keçmiş sefirimizle bağlı evlilik xeberi yalan imiş…

27 Temmuz 2016

11:28 am


27/07/2016 [15:27]: xeber –
Azərbaycanın Ukraynadakı keçmiş səfiri, hazırkı diaspor rəhbəri Tələt Əliyev 25 yaşlı ukraynalı keçmiş model ilə evlənməsi barədə ilk dəfə sayt-da yazı getmişdi. Üstündən iki gün keçəndən sonra həmin məlumatı ölkənin digər saytlarına da göndərdilər və musavat.com, qafqazinfo.az saytları da həmin xəbəri öz səhifələrində tirajladılar. Xəbərdə bildirilirdi ki, 63 yaşlı T. Əliyev artıq rəsmi tədbirlərə Alyona Solyanik adlı gənc xanımı ilə qatılır və bu da oradakı azərbaycanlılar tərəfindən birmənalı qarşılanmır. Vurğulanırdı ki, xeyli sayda övladı və nəvələri olmasına baxmayaraq gənc ukraynalı xanımla yaşayan T. Əliyev isə bu reaksiyalara əhəmiyyət vermir və həyatından məmnun qaldığını bildirib.Amma Tələt Əliyevin yaxın dostları və qohumları bir neçə dəfə saytımızla əlaqə saxlayaraq saytlara Ukraynadakı mənbələrdən ötürülən həmin xəbərin qərəzli və dezinformasiya olduğunu bildirdilər, nüfuzlu diaspor fəaliyyəti ilə məşğul olan keçmiş səfirə qarşı aparılan “qara piar” kampaniyasının tərkib hissəsi olduğunu bildirdilər. Qeyd edək ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. O, buna qədər Ukrayna Azərbaycanlıları konqresinin sədri olub, hazırda isə bu ölkədə azərbaycanlı ağsaqqallar birliyinə rəhbərlik edir, aktiv diaspora rəhbəridir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler