Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Keçmiş olsun demirem, mübarek olsun…”

16 Temmuz 2016

10:48 am


16/07/2016 [14:47]: xeber –
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu ölkədə baş verən hərbi çevriliş cəhdinə münasibət bildirib. sayt xəbər verir ki, sabiq baş nazir çevrilişə müqavimət göstərən hər kəsə təşəkkür edib: “Bu gün hücuma uğrayan Məclis 1 noyabrda 85% əhalinin iştirakı ilə seçilib. Xüsusilə bu çevriliş qarşısında müqavimət göstərən bütün təhlükəsizlik qüvvələrinə təşəkkür edirəm. Kimsə dünən gecə edilən bu alçaqca hücumu Türkiyə Silahlı Qüvvələrinə aid etməsin. Silahlı Qüvvələrimiz bütün gücü ilə bu hücuma müqavimət göstərib. Millətimizə “keçmiş olsun” demirəm, “mübarək olsun” deyirəm. Millətimiz bir dastan yazdı, demokratiya zəfərimiz mübarək olsun. Bu millət bu gündən etibarən yeni bir demokratiyanın qapısını açdı. Bir millət olaraq meydanlardaydıq. Bütün demokratiya şəhidlərimizə rəhmət diləyirəm”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler