Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Keçmiş ermeni nazir: “Aprel döyüşlerinden ders çıxarmadıq”

08 Kasım 2016

11:20 am


08/11/2016 [15:18]: xeber –
Ermənistanın keçmiş milli təhlükəsizlik naziri, hazırda siyasi ekspert kimi çalışan David Şahnazaryan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə geniş açıqlama verib. Sabiq nazir danışıqlar prosesindəki durğunluğa toxunub. “Apreldən sonra həmsədrlər qarşılarına belə bir məqsəd qoydular: ən əsası yeni döyüşlərin baş verməməsinə çalışmaq. Qeyd etdiyiniz kimi, bunun üçün Vyana və Sankt-Peterburq görüşləri təşkil olundu. Öncədən də elan olunduğu kimi, Sankt-Peterburqda ya da Parisdə sayca 3-cü görüşün keçirilməsi planlaşdırlılmışdı. Əvvəlcə görüş təxirə salındı, sonra isə ümumiyyətlə gündəlikdən çıxarıldı. Başqa bir məqam isə təmas xəttinə elektron avadanlıqların yerləşdirilməsi ilə əlaqəlidir. Artıq bu məsələ də gündəlikdə yoxdur”. Bununla yanaşı, Şahnazaryan “aprel döyüşləri”ndən sonra münaqişənin həllində ciddi irəliləyişin olmadığını da deyib.“Biz “aprel döyüşləri”ndən dərs çıxarmadıq. Nə diplomatik sferada, nə də danışıqlar prosesində ciddi uğurumuz oldu. Açığı Qarabağın gələcəyi ilə bağlı çox bədbin düşünürəm”.(Modern.az) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler