Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Keçmiş dövrlerde inanılmaz emeliyyat üsulları: Qapalı otaq, qorxunc qadınlar…

02 Ekim 2016

4:52 pm


02/10/2016 [20:48]: xeber –
İnsanlıq tarixi qlobal ölçüdə ölümcül yoluxucu, ya da müalicəsi mümkünsüz xəstəliklərə şahidlik edib. Lakin elm tarixin hər mərhələsində xəstəliklərin müalicə üsullarını təkmilləşdirmək üçün daim inkişafda olub. Keçmiş dövrlərdə xəstələrin müalicəsində, əməliyyatında istifadə edilən alət və cihazlar, günümüzdə həkimdən qaçmağa səbəb olacaq qədər vahiməli və qorxunc görünür.O zamankı bu qorxunc alətlər və müalicə üsulları hazırda toplanaraq Londondakı Elm Muzeyində sərgilənir.Təxminən 2500 parçanın sərgiləndiyi bu muzeydə yer alan əşyaların bəzilərini təqdim edirik:Eter ilə edilən cərrahiyyə əməliyyatları – 18551937-ci ilə aid bu foto əslində böyük faciəni göstərir. Poliomyelit (uşaq iflici) o illərə qədər bir çox uşağın ölməsinə, bu bəladan qurtaranların isə ciddi şəkildə şikəstliklərə məhkum qalmasına səbəb olan xəstəlik idi. Xəstəlikdən ən çox təsirlənən ölkələrdən biri də ABŞ olub. 1955-ci ildə doktor Salk peyvəndi tapana qədər isə fotodakı müalicə üsulu aparılıb. Uşaq iflicinə səbəb olan virus bəzi xəstələrdə beyinə yerləşərək buradakı tənəffüs mərkəzini iflic edir və xəstəni nəfəs almayacaq hala gətirirdi. Buna mane olmaq üçün çörək sobasına oxşayan bu alət mexaniki bir ağciyər rolunu oynayaraq uşaqların nəfəs alıb-verməsinə köməkçi olurdu. Lakin bu maşında aylarla yaşayan uşaqlar müalicə bitdiyi andan hamısı həyatını itirmişdi.Diş çəkmə maqqaşı Amerikanın məşhur ortopedistlərindən Levis Sayrenin skolyozu (onurğa əyriliyi) müalicə üsuluLeonid Roqozov, 30 aprel 1961-ci ildə öz appendisit əməliyyatını edən Sovet həkimi.Təkərli kürsüPlastik cərrahiyyəBəlkə də inanması çətin ola bilər. Bu vahiməli maskalar üzdəki xəsarəti gizləmək üçün istifadə edilirdi.Qan köçürmə şüşəsi, İngiltərə 1978Elektrikli cihaz ilə nevroloji müayinə, 1884.ProtezlerƏməliyyat bıçaqları19-cu əsrdə Çinlilər tərəfindən istifadə edilib.Vəba Həkimləri1800-cü illərdə bu qorxunc görünüşə sahib həkimlər vəba epidemiyasını müalicə edirdilər. Xəstəliyin iyləmə yolu ilə yayıldığını düşünən bu həkimlər özlərini qorumaq üçün içi çiçəklərlə dolu bir dimdiyə sahib qorxunc maskalar geyinərdilər. Hətta müalicə olaraq xəstəni qamçılaydılar. Çünki vəba “Tanrının cəzalandırması” olaraq görülürdü.Kəllə mişarıZəncirli bir qurğuya sahib bu mişar beyin əməliyyatlarında istifadə edilirdi.Süni gözBu gözlər xəstənin təbii gözünə ən uyğun gözü tapmaq üçün həkimlər tərəfindən istifadə edilirdi.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler