Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Keçmiş boksçu ayını döydü – Fotolar

07 Temmuz 2016

2:16 pm


07/07/2016 [18:13]: xeber –

sayt xəbər verir ki, itini gəzdirərkən 145 kq-lıq vəhşi heyvanın hücumuna məruz qalan
keçmiş boksçu bir neçə yumruqla ayını özündən uzaqlaşdırıb və ciddi bir yara
almadan xilas olub.

61 yaşlı boksçu Rick Nelson Kanadanın Ontario əyalətində itini gəzdirərkən
kolluqların arasında bir bala ayı balası çıxdığını görüb. Bala ayının ardınca ana
ayı kolluqdan çıxaraq boksçuya hücum edib. Keçmiş boksçu döyüş qabiliyyətləri
sayəsində ayının hücumuna yumruqları ilə qarşılıq verib. Rick Nelson ayının
hücumunda sadəcə sinəsində və üzündə kiçik sıyrıntılarla xilas ola bilib. Ana
ayının isə Nelsonun zərbələrindən burnu qanayıb.

Kanada mətbuatına bu barədə danışan Nelson “Ay uzaqlaşdıqdan
sonra arxaya döndüm və heç nə olmamış kimi yoluma davam edib, bala ayını təqib
etdim. Həqiqətən şanslıyam” deyib.

Nelson, həmçinin ana ayla dava etmək məcburiyyətində qalmış olmasına
baxmayaraq, insanların aylardan qorxmasını istəmədiyini bildirib.

Hadisənin üzərinə Kanada Meşə Nazirliyi bu kimi ay hadisələrə nadir
hallarda təsadüf edildiyini bildirib. Ontario əyalət rəhbərliyi isə ayıların adətən
insanlara yaxınlaşmaqdan çəkindiyini bildirib.Zəhra




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler