Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Keçmiş baş prokurordan Fetullah Gülen açıqlaması…

02 Ağustos 2016

7:08 am


02/08/2016 [11:04]: xeber –
Uinston Çörçilin 2-ci dünya müharibəsi qurtarar-qurtarmaz elan etdiyi Asiyanın xristianlaşdırılması çağırışı islamın yox edilməsi üçün 20-ci əsrdə imperialist dünyasının başlamış olduğu ciddi bir mübarizənin başlanğıcı oldu. Həmin dövrdən başlayaraq dünyada gedən dağıdıcı müharibələrin böyük əksəriyyətinin islam ölkələrində aparılmasının səbəblərindən biri də budur. Bu iş üçün qolunu çırmalayıb imperializmə xidmət edən “Hizmet” hərəkatı bu işdə islama çox böyük zərərlər vurdu. Onlar hətta güclü olduğu ölkələrdə azanın oxunmasını belə qadağan etdirir, Azandan peyğəmbər əfəndimizin (s.v.s) adını çıxartmaq məqsədi ilə azanın “Əşhədu ənnə Muhammədən Rəsulallah” hissəsinin oxunmaması üçün çox ciddi işlər görürlər. Məqsədin Peyğmbər əfəndimizin adını unutdurmaq, islamı xristianlığın bir hissəsinə çevirmək olduğu aydındır. İslamın və islam dünyasının yox edilməsi məqsədi ilə imperializmə xidmət edən bu təşkilatın ölkəmizdən çıxarılması üçün hamımız bir yerdə olmalı, onların ələ keçirdikləri aldanmış övladlarımızı da onların əlindən alıb vətənimizin xidmətinə qaytarmalıyıq. Bu təşkilata aldanmış övladlarımızı xilas etmək üçün çox səbrli və təmkinli hərəkət etməli, öz aramızda düşmənçilik yaranmasına heç bir halda yol verməməliyik”.İxtiyar Şirin, keçmiş baş prokuror


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler