Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Keçdin axır, Hadı, Göygöz Kosanın dәstәsinә, bu imiş bir qalanın möcüzü, millәt vәkili?!

05 Kasım 2016

5:28 am


05/11/2016 [09:24]: xeber –
Deputat Hadı Rəcəbli yenə də açıqlaması ilə “gül” vurub və “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” fikirləri ilə gündəmi əməlli – başlı zəbt etməyi bacarıb. Qısa zamanda onun bu fikirlərinə şeir də həsr edilib və keçmiş deputat İqbal Ağazadə Kərim Kərimovun bu şeirindən o qədər feyziyab olub ki, hətta onu öz profilində də paylaşıb.sayt həmin şeiri oxuculara təqdim edir:Salam olsun sәnә, xalqın “gözü” millәt vәkilibezdirirsәn günü gündәn bizi millәt vәkiliNeçә ildir ki, gözәl tәklifiniz yoxdu sizinhansı mәqsәdlә seçiblәr sizi millәt vәkili?!Qazi dәrman pulu tapmır, yoxudur әlli manatSәn nahar vaxtı verirsәn yüzü, millәt vәkiliBir müәllimki gedib, fәhlәlik etsә qapıdasonra dәrs keçmәyә gәlmәz üzü, millәt vәkili!Keçdin axır, Hadı, Göygöz Kosanın dәstәsinәBu imiş bir qalanın möcüzü, millәt vәkili?!Göstәrib şәklini kimdir bu soruşsaq, xalqın…Deyәcәk mәncә çox az faizi “millәt vәkili”Saxlamır heç vәtәnin qazisini, aliminiSaxlayır yaxşı şәrәf pәhrizi millәt vәkiliAy gözüm nuru, qocaldınsa tәqaüddә oturay qaranlıq gecәnin “gündüzü” millәt vәkiliSәni dırnaq arasında hәcv etdim bu sәfәrİçi iblis dolu mәxluq, özü millәt vәkiliKərim Kərimov


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler