Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kaş her şey işıqlı geleceye xidmet ede…

14 Eylül 2016

7:20 am


14/09/2016 [11:16]: xeber –
Şəhərin səs – küyündən, təngnəfəsliyindən, ritmindən can götürüb kəndin səssizliyinə sığınmaq qədər gözlənilən məqam az –az olur həyatda… Şəhər həyatının doğurduğu gündəlik qayğıların, bağıran –  çağıran reklamların rəngləriylə bəzənmiş şəhər divarlarının göz yoran görüntülərindən kəndin gözoxşayan yaşıl rəngini acgözlüklə seyr edib də daxilində gözəl – gözəl arzuların, düşüncələrin cücərməsini, ruhunun bu təsirdən oyanaraq səni güclü, cəsarətli, özünəəmin etməsindən gözəl nə ola bilər… Lakin kənd də şəhər kimi, insan oğlunun yaşadığı bütün məkanlar kimi həyatın bütün çalar və tərəflərini özündə əks etdirir. Kəndə getmək başqa bir məkana getmək demək deyil ki. Guya nağıllardakı Xeyir və Şər mübarizəsi, huzur axtarışı elə kənd fonunda baş vermir ki? Nağıl qəhrəmanı huzuru, haqqı, ədaləti tapmaq üçün şəhərdən kəndə, kənddən şəhərə üz tutmur? Və haqqın hər yerdə haqsızlıqla yanaşı olduğunu, huzurun isə yalnız huzursuzluğa qatlaşaraq əldə edilməsinin mümkünlüyünü anlatmırmı nağıllar?!       …Yaşıllıqlarla gözoxşayan kəndlərin birində qəribə bir görüntü məni cəlb etdi. Kəndin əksər evləri sadə tikiliydi, yəni əhalisi orta səviyyədə dolanan insanlar olduğu açıq – aşkar görünürdü. Evlərin hündürlüyü də, tikilişi də təxmini eyni orta səviyyədəydi. Bu evlərin sırasında şah sarayı qədər olmasa da öz möhtəşəmliyi ilə saraya bənzəyən ev diqqətimi cəlb etdi. Bilmirəm niyə, lakin mən bu evin sahibinin yerinə utandım. Utandım, çünki qeyri – ixtiyari Qurandan ayələr yadıma düşdü, oxuduğum kitablardakı fikir və ifadələr yadıma düşdü. Hətta köhnə hind filmlərindəki məhkəmə səhnələri də canlandı yaddaşımda, böyüklərimin nəsihətləri və s. Lakin utanc hissinin çaları bu evə tam bitişik, elə nağıllardakı kasıb komasını xatırladan bir tikilini görüncə dəyişdi…yəni tündləşdi… Bu komanın damı o qədər köhnəydi ki, sanki indicə ovulub töküləcəkdi. Artıq bu kontrast mənim beynimdə bütün həyat kontrastları haqqda düşüncə və fikirləri oyatdı. Bu fikir burulğanında sanki boğulacağım an birdən 10 – 15 yaşlı qızın səsi məni xilas etdi. Xilas etdi ki, daha ağır fikir cəzası versin. Dedi bu uşaq bağçasıdır, üstü belə olmağına baxmayın, elə dünən 6 dənə kompyuter gətirdilər bura… Bir hünərim ona yetdi ki, soruşdum bəs bu ev kimindir. Dedi filan idarədə işləyir, vəzifəlidir… o dedi getdi…mən sualların burulğanından yerimdən tərpənə bilmədim. Ayaqlarımı torpağa bərk sıxıb dayanmaq istədim ki, heç olmasa torpaq ayağımın altından qaçmasın……deyib gedən qıza nə var ki, gedib ev işiylə məşğul oldu… yəqin inək sağdı…nə bilim qatıq çaldı… İndi gəl sən ziyalı, boğul bu suallar burulğanında. Suallar da ki, maşallah… ziyalının elə ruzisi bu suallara gəlib elə bil, yemə – içmə cavab axtar, Düşün ki, bu kontrast fonunda dərsə gedib gələn kənd uşağı həyat haqda nə düşünür. Bu sarayabənzər evin sahibi də görəsən gündə beş dəfə səcdə edir? Oruc tutub iftar süfrəsi açır, sonra da bu süfrənin nemətlərindən sovqat hazırlayıb bağçaya gələn uşaqlara ikram edirmi? Görəsən “Hacı” titulu varmı? Bəs görəsən gedən qız bu qədərmi sadədir? Bu qədərmi rahatdır? Görəsən bu sarayabənzər evin  oğlu bu qızı bu sarayın xanımı etmək istərmi? Bu mümkün olsa bu qız bu qədər rahat olmaz! Bəlkə əslində o qız elə dəqiq bilir ki, bu il və ya gələn il bir sadə işsiz kənd oğlanına ərə veriləcək və onunla balaca kasıb bir evdə bir qarnı tox, bir qarnı ac…ara – sıra döyülərək yaşayacağını özü üçün çoxdan təsdiq edib. Bəli! Seçim yoxdursa, niyə fikirlərlə özünü yorsun ki?..Bəs bəlkə bu kənddə böyüyən balacalar arasında dərin düşüncəyə malik, şair ruhuna malik olanlar da var? Bəs o şair bu kontrastı içində dünya boyda dərdə çevirənə qədər böyütməyəcəkmi? Sonra biz oxucular onun yazdıqlarını kədərli, qəmli sanıb da o sətirlərdən qaçmayacağıqmı? Və görəsən bu pisliklərlə dolu  İraq, Suriya faciəsiylə, Qarabağ yalanıyla və digər yalanlarla aldadılan dünyamızı bu məkanda o kompyuterlərlə öyrənib, elmini artırıb dünyamızı elmiylə, zəkasıyla doğrulara apara biləcək insan yetişəcəkmi?Bu lap Xeyirlə Şərin mübarizəsinə bənzədi. Axı həyatın əsası elə bu kontrastdan doğan mübarizədir. Kaş bu balaca kəndin balacalarının ruhunda, beynində Xeyir qələbə çalsın. Kaş ki, çalsın. Kaş ki, bu qələbədə biz ziyalılar öz rolumuzu vaxtında, yerində duya bilək. Kaş biz komanın uşaqlarına işıqlı dünyanı hiss etdirə bilək…kaş…kaş hər şey işıqlı gələcəyə xidmət edə…Dürdanə Hümbətli


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler