Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kapitalbankda aldanan 71 yaşlı qadın DİN şefinden ve baş prokurordan kömek isteyir – FOTO

27 Temmuz 2016

6:28 pm


27/07/2016 [22:25]: xeber –
Cəlilabad rayon Muğan kənd sakini Dövlətova Soltanxanım Məhəmməd qızı sayt – a ünvanladığı məktubunda Kapital bankın rayon filialında aldandığını iddia edir və daxili işlər naziri Ramil Usubovdan, baş prokuror Zakir Qaralovdan kömək istəyir.Müraciətdə deyilir:Hörmətli redaksiya!Yazıb sizə bildirmək istəyirəm ki,  mən Dövlətova Soltanxanım Məhəmməd qızı 1947 – ci ildə Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Hal – hazırda adı çəkilən kənddə yaşayıram. Rayonun Maşlıq kəndində ərdə olan qızımın ərinin yaxın qohumu Cəlilabad rayon Göytəpə şəhəri O.Eynullayev küçəsi bina 20, mənzil 8 – də yaşayan Qasımova Mahirə Əvəz qızı Kapital bankın rayon filialından kredit götürəcəyini bildirirərək məndən ona sadəcə zamin durmağımı istədi. Mən də onun səmimiyyətinə inanaraq 2015 – ci ildə banka getdik. Kapital bankın mənə “zaminsən” deyən işçisinin saxtakarlığı belə ağlıma gəlmirdi. Sonradan mənə məlum oldu ki, mən aldanmışam. Belə ki, Qasımova Mahirə Əvəz qızı mənim adıma kredit götürərək ödəmədiyi üçün hər ay mənim təqaüdümün 103 manatını adıçəkilən bank kreditə çıxır. Mən bununla bağlı yaxınlarımın köməkliyi ilə polisə müraciət etdim. İş mülki məsələ olduğu üçün polis məhkəməyə müraciət etməyimi məsləhət gördü. Qasımova Mahirə Əvəz qızı polisə izahatında mənim təqaüdümdən tutulan pulları özü ödəyəcəyini bildirdi. Lakin günün bu gününə kimi həmin pullar mənim kartımdan tutulur. Qasımova Mahirə Əvəz qızı isə həmin pulları ödəməkdən boyun qaçırır. Hörmətli redakiya!Sizə bildirmək istəyirəm ki, evimdə iki ruhi xəstə övladlarım var. Özüm yaşlı qadınam. Çörək pulum belə yoxdur. Mənim savadım olmadığı üçün Kapital bankın işçiləri Mahirə Qasımovanın qohumları ilə əlbir olaraq məni aldadıblar. Sizin vasitənizlə daxili işlər nazirinə və baş prokurora müraciət edirəm ki, mənə köməklik göstərsinlər. Öncədən sizə özüm və ailəm adından minnətdarlığımı bildirirəm. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler