Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kamil “Neftçi” azarkeşlerini “razborka”ya çağırır – Tiraya destek

26 Ekim 2016

7:24 pm


26/10/2016 [23:22]: xeber –
Xəbər verdiyimiz kimi, ötən gün baş tutan “Neftçi” – “Qarabağ” oyununda “ağ-qaralar”ın futbolçusu Katalin Tira azarkeşə yumruq atıb.Məsələyə müğənni Gülay Zeynallının həyat yoldaşı, idmançı Kamil Zeynallı da münasibət bildirib. O, Katalin Tirayla fotosunu paylaşaraq ona belə bir şərh verib:“Katalin Tira… “Neftçi” adlı-sanlı komandadı, azarkeşləri də böyükdü. Yəqin bir-birimizi başa düşərik. Gəlin, mənlə söhbət edin, əziz qardaşlar…”İdmançının bu paylaşımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb, istifadəçilər onu tənqid edərək bu formada dəstəyin yolverilməz olduğu fikrini bölüşüblər.Xatırladaq ki, AFFA İntizam Komitəsi bu hərəkətinə görə Katalin Tiranı 5 oyunluq cəzalandırıb, komandasını isə 2400 manat cərimələyib.Həmçinin 90+2-ci dəqiqədə meydançaya azarkeş daxil olduğu üçün oyunda fasilə yaranıb. “Neftçi” tərəfi təhlükəsizliyi tam təmin etmədiyi üçün daha 4000 manat ödəməli olacaq.(Qafqazinfo)Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də Tiranın azarkeşi döymə faktına belə reaksiya verib: “Qəbuledilməzdi. Hansı klubun azarkeşi olur-olsun, fərqi yoxdu. Üzr istəyirəm, hətta orda pişik də olsaydı, futbolçunun ona toxunmağa ixtiyarı yoxdu”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler