Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kadırov İlham Əliyevle Zabitin görüşü haqqında ve prezidentin jestinden yazdı- FOTO

11 Eylül 2016

7:40 am


11/09/2016 [11:37]: xeber –
“Azərbaycan prezidenti İlham Əliyev əfsanəvi Azərbaycan idmançı Zabit Səmədovu qəbul edib. Zabit dünyanın ən yaxşı kikboksçularından biridir. “Axmet” kik-boksinq klubunun prezidenti, əziz qardaşım Zabit Səmədov öz Vətənini, Azərbaycan xalqını idman arenasında ləyaqətlə təmsil edir”. Bu barədə Çeçenistanın başçısı Ramzan Kadırov öz Instagram səhifəsində yazıb. O bildirib ki, Bakıda daha bir vacib hadisə oldu: “Rusiyalı paralimpiyaçıların lisenziyalarının əllərindən alınaraq Azərbaycana 3 lisenziyanın təqdim edilməsi müsbət qarşılanmayıb və lisenziyaılar qəbul edilməyib. Heç şübhəsiz ki, bu jestin edilməsinə məhz Azərbaycan Prezidenti tərəfindən göstəriş verilib. İlham Əliyevin bu addımı tam aydın nümayiş etdirdi ki, onun Azərbaycan idmançılarına qoyduğu hörmət eyni ilə Rusiya idmançılarına da aiddir. Bu, bizim üçün çox xoşdur. Rusiyayla Azərbaycan arasında həmişə bütün sferalarda mehriban dostluq münasibətləri var”. R.Kadırov əlavə edib ki, Azərbaycan və Çeçenistan Respublikası arasında da əlaqələr qardaşlıq xarakteri daşıyır. Çeçen lider bu münasibətlərin yaxın gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu qeyd edib. Kadırov bunun üçün İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler