Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Jurnalistler de maaş ala bilmirler – Ermenistanda böhran

08 Temmuz 2016

2:24 pm


08/07/2016 [18:22]: xeber –
Ermənistan iqtisadiyyatının tənəzzülə uğraması, əhalinin sosial vəziyyətinin pisləşməsi, işçilərin əmək haqlarını ala bilməmələrinin daha bir faktı ortaya çıxıb. Ölkənin ən böyük partiyalarından hesab olunan Çiçəklənən Ermənistan Partiyasına məxsus “3-cü kanal”ın əməkdaşları 3 aydır maaşlarını ala bilmir.  Bu barədə “Aykakan Jamanak” qəzeti telekanal əməkdaşlarının açıqlamalarına istinadən məlumat yayıb. Telekanalın əməkdaşları bildiriblər ki, maaşlarını yalnız hissə-hissə 5-10 min dram (10-20 dollar) civarında ala bilirlər. Məhz buna görə də, bütün işçilər növbəti ayda maaş alacaqlarına ümid edərək, banklardan kredit götürür. Qəzetin yazdığına görə, vəziyyət o dərəcədə ciddidir ki, kanalın rəhbəri Aram Arutunyan hər gün əməkdaşlarının qarşısında üzr istəyir: “Amma o, günahkar deyil. Pulu partiyanın rəhbəri Artur Baqdasaryan vermir”. Qeyd edək ki, bu hal Ermənistanda ilk deyil. Ölkənin iqtisadi vəziyyətinin bərbad olması, milli valyuta olan dramın sürətlə devalvasiyası əhalinin də yaşayış səviyyəsinə acınacaqlı təsir edir. (Axar.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler