Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Jurnalistin komada olan atası üçün bank hesabı açılıb -PROBLEM

29 Ağustos 2016

11:36 am


29/08/2016 [15:35]: xeber –
Jurnalist İmdad Əlizadə 6 aydan çoxdur ki, komada olan atası Əli Əliyevin müalicə xərcləri üçün bank hesabı açmaq məxburiyyətində qaldıqlarını bildirib: sayt xəbər verir ki, İ. Əlizadə ictimaiyyətə bu barədə müraciət edərək, göstərəcəkləri diqqətə görə qabaqcadan təşəkkürünü bildirib: atam üçün bank hesabı açmaq məcburiyyətində qaldıq. Diqqət etməyinizi xahiş edirəm. Əvvəlcədən təşəkkürümü bildirirəm.Yeddi aya yaxındır komada olan yazıçı-publisist Əli Əliyevin müalicəsinə maddi yardım göstərilməsi məqsədilə bank hesabları açılıb.Əli Əliyev 1946-cı ildə Laçının Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib. Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var. Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “54 gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Əli müəllimin və onunla birgə mühasirədə qalmış 18 nəfərin əzablı günlərindən bəhs edən “54 gün mühasirədə” adlı sənədli film də çəkilib. Ssenari müəllifi telejurnalist Vəsilə Vahidqızı, rejissoru Mirsadıq Ağazadədir.2016-cı ilin fevral ayının 14-də Əli Əliyev Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən ağır qəza keçirib. Bakının “Koroğlu” metro stansiyası yaxınlığında yolu keçərkən onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır. Hazırda o, Mərkəzi Kilinik Xəstəxanada müalicə olunur.Müalicənin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yaranıb. Əks halda koma vəziyyətində olan 70 yaşlı Əli Əliyev xəstəxanadan çıxarılmalıdır. Buna görə də ailəsi Əli müəllimin müalicəsinə maddi yardım göstərilməsi üçün bank hesabları açmaq məcburiyyətində qalıb. Bank hesabları Əli Əliyevin oğlu İmdad Əlizadənin adına açılıb. Yardımı aşağıdakı hesablar vasitəsilə (həm manatla, həm də xarici valyutalarla) həyata keçirmək mümkündür:Bank Respublika ASC Yasamal filialıKod: 511102VÖEN: 9900001901M/h: AZ80NABZ01350100000000014944SWIFT: BRESAZ22IBAN: AZ94BRES00380194404052957401Xarici valyutalarla:AZ88BRES00381184004052957402 (USD)AZ55BRES00381197804052957403 (EUR)AZ10BRES00381181004052957404 (RUB)Qeyd: Yardım kampaniyasında ölkədəki ödəniş terminalları vasitəsilə də iştirak etmək mümkündür. Belə ki, öncə terminalda “Bank xidmətləri”ni, daha sonra “Bank Respublika”nı seçmək və 380194404052957401 hesabına ödəniş etmək olar. Bu zaman tələb edilən şəxsiyyət vəsiqəsi nömrəsi qrafasında 15670795 rəqəmləri yazılmalıdır. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler