Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Jurnalist teşkilatı multikultural deyerleri tebliğ edecek

06 Ağustos 2016

9:36 am


06/08/2016 [13:32]: xeber –

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Region gəncləri arasında
multikultural dəyərlərin təbliği” adlı layihənin icrasına başlayıb. Bu barədə sayta JAM sədri Seymur Verdizadə məlumat verib.

S.Verdizadə deyib ki, layihənin məqsədiAzərbaycan cəmiyyəti üçün xas
olan multikultural dəyərləri təbliğ etmək, region gəncləri arasında maarifçilik
işi aparmaq, ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə
verməkdir.

JAM sədri qeyd edib ki, layihə 4 ay müddətində Azərbaycanın Göyçay,
Tovuz, Şirvan və Cəlilabad şəhərlərində həyata keçiriləcək. “Layihənin
effektivliyini artırmaq üçün onun icrasına multikulturalizm sahəsində tanınmış
ekspertləri cəlb edəcəyik”, – deyə S.Verdizadə bildirib.

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler