Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Jurnalist Rasim Əliyevin mezarı ziyaret olunub – Fotolar

09 Ağustos 2016

2:40 pm


09/08/2016 [18:36]: xeber –
Jurnalist Rasim Əliyevin ölümündən 1 il keçir. Jurnalistin yaxınları və həmkarları  Mehdiabad qəbirtsnlığına  toplaşaraq onu yad etməkdədirlər. Qeyd edək ki, Rasimin ölümündə təqsirli bilinən  şəxslər hazıra məsuliyyətə cəlb olunublar.  Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunan hökmə əsasən, təqsirləndirilənlər Kənan Mədətov və Samir Mustafayevin digərləri ilə əlbir olmaları öz təsdiqini tapmadığına görə onların ittiham olunduqları maddələr 32.5 və 126-cı maddəyə tövsif edilib.Onların hər biri 9 il, Camal Məmmədov 11 il , Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilənlər məhkəmədə özlərini təqsirli bilmədiklərini, ittihamla razılaşmadıqları bildiriblər. Dövlət ittihamçısı Elşən İsmayılov və Arif Əliyevin hər birinin 14 il, Camal Məmmədovun 12 il, Samir Məmmədov və Kənan Mədətovun hər birinin 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilmələrini istəmişdi.Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb. Xəstəxanaya yerləşdirilən R. Əliyevin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Rasim Əliyev xəstəxanada vəfat edib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler