Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Jurnalist kadrlarının medeniyyet evlerinde yetişdirilmesi mümkündürmü?

01 Eylül 2016

2:32 pm


01/09/2016 [18:28]: xeber –
Bu gün jurnalist kadrlarının hazılanması ilə yalnız ali təhsil müəssisləri
deyil, müxtəlif dərnəklər, mədəniyyət evləri də məşğul olur ki, bu da cəmiyyətdə
birmənalı qarşılanmır.

Maraqlıdır, adətən universitetlərdə hazırlanan jurnalist kadrlarının
həm də mədəniyyət evlərində, dərnəklərdə yetişdirilməsi mümkündürmü? Bəzi dərnk
və mədəniyyət evlərinin “jurnalist yetişdirməsi” nə dərəcədə sevindiricidir?

Məsələ ilə bağlı sayt-a açıqlama verən “Yeni Nəsil”
Jurnalistlər Birliyinin rəhbəri, media eksperti Arif Əliyev bu dərnək və mədəniyyət
evlərinin sadəcə müəyyən ixtisaslar üzrə təkmilləşdirmə baxımından əhəmiyyət kəsb
etdiyini vurğuladı:

“Bunu kadr yetişdirmək kimi dəyərləndirmək çətindir. Buna hansısa sahə
üzrə ixtisaslaşdırma kimi qiymət vermək daha düzgün olar. Yəni həmin dərnək və
mədəniyyət evləri bu istiqamətdə fəaliyyət göstərsələr müəyyən müvəffəqiyyət əldə
edə bilərlər. Lakin təbii ki, bu, akademik təhsil deyil. Bu, müəyyən istiqamət
üzrə təkmilləşdirmə ola bilər və yalnız bu baxımdan əhəmiyyət kəsb edir”.

 

Seymur Əliyev

 

 

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler