Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Jirinovski: “Tezlikle Rusiyada hakimiyyet deyisecek”

01 Aralık 2016

7:20 am

– xeber –
21-ci əsrdə dünyada elə bir dövlət olmayacaq ki, orada seçki yolu ilə hakimiyyət dəyişilməsin.
Ölkəm.az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Dumasında çıxışı zamanı Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib. Öz həmkarlarına müraciət edən siyasətçi, tezliklə, onların hamısının yox olacağını bildirib:
“Mən əminəm ki, 30-cu ilə qədər hakimiyyətə gələcəyik. Bu, son tarixdir. Bu zalda oturanların əksəriyyəti, Kreml Liberal Demokrat Partiyasının olacaq. Bu, ancaq 5 il belə olacaq. Rusiya gərək mütəmadi seçkilərin keçirildiyi ölkələri dəstəkləsin. Ölkənin 60 il bir insana köklənməsinə ehtiyac yoxdur. Bizə lider sərkərdələr lazım deyil. Mən əminəm ki, hamımız 30-cu ilə qədər siyasi elitanın normal dəyişilməsini görəcəyik. Tezliklə, Kuba və Şimali Koreyada kommunist rejimlər də yox olacaq. Bu ölkələrdə kommunist rejimlərin qurulması bizim günahımızdır. Kommunistlər bir daha heç yerdə hakimiyyətə gəlməyəcəklər”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler