Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Jackie Chan ölmeyib, öldürüldü” -Hollivud ulduzunun yaxınları

13 Ekim 2016

12:00 pm


13/10/2016 [15:58]: xeber –
“Jackie Chan ölməyib, öldürülüb, onu internet öldürdü”.Bunu ölüm xəbəri yayılan Hollivud ulduzu Jackie Chanın yaxınları söyləyib.62 yaşlı Jackie Chanın ölüm xəbərinin yayılması onun yaxınlarını narahat edib. Yaxınları bu xəbərin yayılmasında internet istifadəçilərini günahlandırıb. Məlumata görə, “Facebook”da yaradılmış Jackie Chanın fan səhifəsi çoxlu sayda istifadəçi yığmaq üçün bu addımı atıb. Səhifədə “Saat 11:00; Günlərdən 11 oktyabr- çərşənbə axşamı. Məşhur aktyor Jackie Chan həyatını itirdi. Onun üçün darıxacağıq, o, heç vaxt unudulmayacaq. Jackie Chan 1954-cü il, aprelin 7-də anadan olmuşdu. Xahiş edirik, aktyorla bağlı təəssüratlarınızı, fikirlərinizi bizimlə bölüşün” statusu yazılıb.Bu gərəksiz status isə Jackie Chanın ölüm xəbərinin yayılmasına səbəb olub.Aktyorun rəsmi təmsilçiləri bu xəbərə inanmamağı məsləhət görüb:”Jackie Chan hazırda sağ-salamatdır. Sadəcə olaraq bir çox məşhurlar kimi Jackie Chan da yalan informasiyasının qurbanı oldu. O da adı ölüm xəbərinin yayılmasında hallanan məşhurların siyahısına daxil oldu”.(big.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler