Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İvanka Tramp – ABŞ-ın yeni prezidentinin “ulduzu”

10 Kasım 2016

1:52 pm


10/11/2016 [17:50]: xeber –
ABŞ-ın yeni prezidenti Donald Tramp yetmiş yaşına qədər yalnız uğurlu biznes deyil, eləcə də çoxmilyardlıq korporasiya, böyük ailə qura bilib. Ailəsinin ən böyük qüruru isə qızı İvankadır.Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, İvanka Tramp müasir amerikalı qadının parlaq nümunəsinə çevrilib: 35 yaşlı xanım xoşbəxt qadın və üç uşaq anasıdır, uğurlu biznes-ledidir, comərd filantrop və uğurlu yazıçıdır.  Onun adı bütün dünyada məşhurdur, haqqında tərif dolu məqalələr yazırlar. Bu məqalələr dəb jurnalları ilə yanaşı, biznes jurnallarında da dərc edilir. “Qızıl qızın” nə qədər valideyn pulu xərclədiyindən deyil, “Trump Organization”a nə qədər xeyir gətirdiyindən daha çox yazırlar. Trampın qızına olan etibarı böyükdür, mühüm sazişlərin bağlanması məhz ona etibar edilir. KİV və politoloqlar onu respublikaçını seçkilərdə qələbəyə aparan “Trampın ulduzu” adlandırırlar. İvanka bütün qüvvəsi ilə atasının seçki kampaniyasını dəstəkləyir, fəal şəkildə kampaniyada iştirak edir və tərəf seçməkdə tərəddüd edən seçiciləri atasının tərəfinə cəlb edirdi. Bununla yanaşı, mətbuatın fikrincə, Trampın arvadı Melanya yox, məhz qızı ABŞ-ın əsl birinci xanımı olacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler