Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İTV ödenişli teşviqat aparılması üçün tarif cedvelini tesdiqledi

30 Ağustos 2016

1:24 pm


30/08/2016 [17:23]: xeber –
İctimai Televiziya və Radio Yayımları Şirkəti sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendum) ödənişli təşviqat aparılması üçün tarif cədvəlini açıqlayıb.Tarif cədvəlini şirkətin Direktorlar Şurası təsdiqləyib.İctimai Televiziyada (İTV) hər təşviqat müddəti 5 dəqiqə (günün müxtəlif vaxtlarında 3 və ya 4 dəqiqə də ola bilər) olmaqla efirin saniyəsi üçün tarif 20 AZN-dən 50 AZN-dək müəyyən edilib. İctimai Radioda isə hər təşviqat müddəti 4 dəqiqə olmaqla efir saniyəsinin tarifi 7 AZN-dən 25 AZN-dək müəyyənləşdirilib.Qeyd edək ki, referendumqabağı təşviqatın aparılmasına sentyabrın 3-də başlanılacaq və sentyabrın 25-i saat 8.00-da dayandırılacaq. Mərkəzi Seçki Komissiyyası üç – “Yeni Azərbaycan”, “Bələdiyyə” və “Vətəndaş Cəmiyyəti” təşviqat qruplarını qeydə alıb.(Report)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler