Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İTV-nin keçmiş aparıcı Avstriyada ere getdi – FOTOLAR

15 Ağustos 2016

9:48 am


15/08/2016 [13:47]: xeber –
Azərbaycanlı aparıcı Tamilla Şirinova Avstriyada ailə qurub. Karintiya federal əyalətində baş tutan toyda yaxın ailə üzvləri iştirak edib.  T.Şirinova avstriyalı həyat yoldaşı ilə keçən il Vyanada keçirilən “Eurovision” yarışması zamanı tanış olub. Onlar müsabiqənin baş tutduğu arenada bir yerdə işləyiblər. Aparıcı həmin il ölkəmizin “Eurovision” nümayəndə heyətinin rəhbəri idi. “Bu ilk baxışdan sevgi idi. Mən çox xoşbəxtəm. Dünyaya, həyata baxışımızda ortaq cəhətlərimiz çoxdur. Biz bir yerdə səyahət etməyi sevirik, ona görə çoxlu ölkədə olduq. Onunla aramızda sehrli bir əlaqə var. O, mənim ən yaxın dostum və tərəf müqabilimdir. Yaxınlarım, qohumlarım bu xoşbəxt anı mənimlə birlikdə bölüşmək istəsə də, Bakıda toy olmayacaq”, – deyə aparıcı bildirib. T.Şirinovanın həyat yoldaşı musiqi ilə peşəkar şəkildə məşğul olur və müxtəlif musiqi alətlərində ifa etməyi bacarır. Qeyd edək ki, Tamilla Şirinova 10 ildən çox İTV-də çalışıb. Daha sonra isə o, TRT Avaz-da fəaliyyətini davam etdirib. (trend)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler