Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İtaliyada niqabı açmaqdan imtina eden qadını cezalandırdılar

11 Kasım 2016

4:00 pm


11/11/2016 [19:58]: xeber –
İtaliyanın Pordenone şəhər məhkəməsi 40 yaşlı müsəlman qadını ictimai yerdə niqabı açmaqdan imtina etdiyi üçün əvvəl dörd ay müddətindən azadlıqdan məhrumetmə cəzası verib, sonradan isə bu cəzanı 30 mina avro cərimə ilə əvəzləyib.Bu barədə Messaggero Veneto nəşri yazır.Hadisə 20 gün əvvəl baş verib. Uzun müddət İtaliyada yaşayan və bu ölkənin vətəndaşlığını alan alban əsilli qadın San-Vito-al-Talyamento (Pordenone vilayəti) şəhərinin meriyasına oğlunun iştirak etdiyi Uşaq Şurasının iclasına gəlib. Şəhəri merinin çoxsaylı xahişinə baxmayaraq, qadın niqabını açmaqdan imtina edib. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları qadının şəxsiyyətini müəyyənləşdirmək məqsədi ilə onu zaldan çıxarıblar, lakin müsəlman qadın polisin əlindən çıxaraq yenidən zala qayıdıb. Bu səbəbdən Uşaq Şurasının iclası dayandırılıb. Adı açıqlanmayan qadın barəsində araşdırma başlanılıb və o 30 min avro məbləğində cərimə olunub.Qeyd edək ki, İtaliya hökümətinin 1975-ci ildə qəbul etdiyi qərara əsasən, ictimai yerlərdə şəxsiyyəti müyyənləşdirməyə çətinlik yaradan geyim və aksesuarlar qadağan edilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler