Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İt eti festivalı üçün hazırlıqlar başladı- FOTO

22 Haziran 2016

6:04 pm


22/06/2016 [22:03]: xeber –
sayt xəbər verir ki, Çinin cənub şəhərlərindən olan Yulin, it əti festivalı üçün bazar ertəsi günü hazırlıqlarını tamamlayıb. Dünyanın ən qəddar və iyrənc festivalının dayandırılması üçün dünya səviyyəsində fəalların çox ağır reaksiya və tənqid gəlməsinə baxmayaraq festival yenə olacaq. Minlərlə itin öldürüləcəyinin təxmin edildiyi və vəhşiliyin simvolu halına gələn festivalın ləğvi üçün heyvan haqqları müdafiəçiləri 11 milyon imzanı Pekinə təqdim etmişdi. İtlər, ətlərinin sırf bu şəkildə daha ləzzətli olduğuna inanıldığı üçün, döyülərək, yandırılaraq və başqa amansız üsullarla öldürülür. Dünən fəallar qətl gözləyən bir çox iti satın aldığı halda, yerli xalq isə “ənənələrinin” məhv edildiyi səbəbiylə reaksiya göstərib. Xüsusilə it əti restoranları və marketləri qarşısında təhlükəsizlik tədbirləri artırıldı. Yulin rəhbərliyi isə özünü festivaldan kənar edərək fəaliyyətin xüsusi sektor tərəfindən təşkil edildiyini və rəsmi bir dəstəyi olmadığını söyləyir. Daha çox Çinin cənubunda, isti yay günlərində yeyilən it ətinin bədən üçün yaxşı olduğuna inanırlar.Çində hər il təxminən 10-20 milyon civarında it ət üçün öldürülür. Təxminən 10 mininin isə festival üçün öldürüldüyü deyilir. Yulin festivalı üçün bir çox itin sahibindən oğurlandığı və ya küçədən toplandığı qeyd olunur. Digər tərəfdən ölkədəki quduz xəstəliyi nisbətinin ən yüksək olduğu Yulində hər il yüzlərlə adam quduzluqdan ölür.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler