Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İstintaq Tecridxanası rehberinden Fikret Memmedova ŞİKAYƏT…

07 Eylül 2016

8:48 am


07/09/2016 [12:44]: xeber –
Azərbaycan Respublikası Ədliyyə Naziri cənab Fikrət Məmmədova Surəti:  Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili xanım Elmira SüleymanovayaSurəti:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənova CM-nin 29,120.1 və 120.1-ci maddələri ilə təqsirləndirilən şəxs Əliyev Samir Səməndər oğlunun müdafiəçisi Quliyev Elnur Ağalar oğlu tərəfindənÜnvan: Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr.243 ƏRİZƏHörmətli Fikrət müəllim!         Müdafiəçisi olduğum Əliyev Samir Səməndər oğlu keçmiş həyat yoldaşı Əliyeva Natəvan Rafiq qızının ölümündə şübhəli bilinərək 16 iyun 2015-ci il tarixli qərarla təqsirləndirlən şəxs qismində cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 29,120.1 və 120.1-ci maddələri ilə ittiham elan edilmişdir.Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin 16 iyul 2015-ci il tarixli, 4(006)-481/2015 saylı qərarına əsasən Əliyev Samir Səməndər oğlunun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 iyul 2015-ci ildən hesablanmışdır.Əliyev Samir Səməndər oğlu əvvəlcə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsa da, sonradan Nəsimi rayon Məhkəməsinin qərarına əsasən Əliyev Samir Səməndər oğlu saxlanılması üçün Penitensiar Xidmətin 3 saylı İstintaq İdarəsinə köçürülmüşdür.3 saylı İstintaq Təcridxanasında Əliyev Samir Səməndər oğluna qarşı münasibətlər normal olsa da, sonradan Təcridxananı rəisi Elnur İsmayılov Əliyev Samir Səməndər oğluna qarşı qərəzli münasibət göstərməyə, ona müxtəlif yollarla işgəncə verməyə və təzyiq göstərməyə başalamışdır.Belə ki, Əliyev Samir Səməndər oğlu Azərbaycan Respublikası CPM-nin 162.5-ci maddəsinə istinad edərək həbsdə saxlanılmasının 12 ayı tamam olduqdan sonra onun həbsdən azad olunması ilə əlaqədar 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova müraciət etmişdir. S.Əliyev həbsdən azad olunmasına dair müraciətindən  imtina olunduqdan sonra məsələ ilə əlaqədar məhkəməyə yazılı şəkildə müraciət etmişdir.Azərbaycan Respublikası CPM-nin 162.5.2-ci maddəsinə əsasən bu Məcəllənin 159.7-ci maddəsində (159.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə-3 (üç) ay, 159.7.2. az ağır cinayətlər üzrə-6 (altı) ay, 159.7.3. ağır cinayətlər üzrə-9 (doqquz) ay, 159.7.4. xüsusilə ağır cinayətlər üzrə-12 (on iki) ay) nəzərdə tutulmuş həbsdə saxlanmanın son müddəti başa çatdıqda cinayət prosesini həyata keçirən orqanın qərarı olmadan həbsdə saxlanılma yerinin rəhbəri müvafiq protokol tərtib etməklə şəxsi həbsdən azad edir.Lakin 3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov Samir Əliyevin məktubunu qəbul edib, məhkəməyə göndərməkdən imtina etmişdir. Üstəlikdə bunu özünə qarşı qərəzli hesab edərək Əliyev Samir Səməndər oğluna qarşı öz səlahiyyətlərindən sui-istifadə edərək onu əsassız olaraq cəzalandırmağa və ona işgəncə verməyə başlamışdır.19 avqust 2016-cı il tarixdə 3 saylı İstintaq Təcridxanasında olarkən Elnur İsmayılov öz səlahiyyətlərindən sui-istifadə edərək Samir Əliyevin ərizəsini məhkəməyə göndərməyəcəyini, mənim tərəfimdən göndəriləcəyi və bununla əlaqədar məhkəməyə çağırılacaqları halda bunun əvəzini Samir Əliyevə əzab-əziyyət verməklə çıxacağını bildirdi.Bundan sonra 31 avqust 2016-cı il tarixdə 3 saylı İstintaq Təcridxanasında Samir Əliyevlə görüşərkən S.Əliyev məhkəməyə ərizə verdiyinə görə Təcridxananın rəisi Elnur İsmayılov tərəfindən ona “cərimə təcridxanasına yerləşdirmə” tənbeh tədbiri tətbiq edildiyini, bu barədə qərarın ona verilmədiyini, əksinə cəza verməklə yanaşı ona işgəncə vermiş, verilmiş işgəncələrə dözməyərək özünü öldürmək istədiyini, ona verilmiş işgəncələrdən qurtarmaq üçün qaynar su ilə özünü yandırdığını, hal-hazırda ağır yanıq xəsarətləri aldığını, yanıq xəsarətlərinin sağalması üçün bu günə kimi heç bir tibbi yardım göstərilməmişdir.Eyni zamanda S.Əliyev dəfələrlə müraciət etməyinə baxmayaraq “cərimə təcridxanasına yerləşdirmə” tənbeh tədbiri barədə qərarın surətinin ona verilməsi ilə bağlı dəfələrlə müraciət etməsinə baxmayaraq Təcridxananın rəisi Elnur İsmayılovun göstərişi əsasında qərar bu günə kimi ona verilməmişdir. Qərarın verilməsi ilə bağlı Samir Əliyevin məhkəməyə yazdığı ərizə Elnur İsmayılovun göstərişi əsasında qəbul edilib, məhkəməyə göndərilməkdən imtina olunmuşdur.Bundan başqa Təcridxananın rəisi Elnur İsmayılovun qanunsuz göstərişi əsasında hər dəfə Samir Əliyevlə görüşdükdən sonra yoxlamaya məruz qalmış, yoxlamanın səbəbini soruşduqda mənə heç bir əsaslı səbəb göstərilməmişdir.3 saylı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılovun qanunsuz və özbaşına hərəkətləri qeyd olunanlarla yekunlaşmamış, kimlərinsə yanında özünü yaxşı göstərmək üçün 06 sentyabr 2016-cı il tarixdə pik həddinə çatmışdır.Belə ki, 06 avqust 2016-cı il tarixdə istintaq qrupunun üzvləri ilə müəyyən istintaq hərəkətləri aparmaq üçün Samir Əliyevin yanına, 3 saylı İstintaq Təcridxanasına getmişdik. İstintaq otağında bir az gözlədikdən sonra Elnur İsmayılov istintaq qrupunun rəhbəri ilə ora gələrək Təcridxananın əməkdaşlarına S.Əliyevin istintaq otağına gətirilməsinə göstəriş verdi.Az sonra Samir Əliyev əlləri arxadan qandallanmış şəkildə istintaq otağına gətirildi, lakin onun əllərinin açılmasınadan imtina olundu. Samir Əliyev və mən onun əllərinin açılmasını tələb etsəkdə Elnur İsmayılov şəxsən bundan imtina etdi. S.Əliyevin hansı səbəbdən əlləri bağlı şəkildə saxladığını soruşduqda, Elnur İsmayılov əvvəlcə heç bir səbəb göstərməsədə, sonradan guya istintaq qrupunun təhlükəsizliyini təmin etmək məqsədilə Samir Əliyevin əllərini açmayacağını və onu bağlı saxlayacağını bildirdi və istintaq hərəkəti başa çatanadək onun qollarını bağlı saxladı. Hətta Samir Əliyev protokollara öz münasibətini bildirərkəndə Elnur İsmayılov onun qollarının açılmasına imkan vermədi. Bütün protokollar Samir Əliyev tərəfindən qolları qandallı şəkildə yazılmışdır. Bütün bu işgəncələr isə istintaq qrupunun üzvlərinin və Elnur İsmayılovun S.Əliyevə alçaldıcı baxışları altında baş verirdi. Hesab edirəm ki, Elnur İsmayılovun Samir Əliyevə qarşı etdiyi hərəkətlər qərəzli olmaqla yanaşı, sonuncuya əzab-əziyyət, işgəncə vermək məqsədi daşımışdır.Belə ki, Samir Əliyev Bakı İstintaq Təcridxanasında saxlanılarkən istintaq qrupunun rəhbəri və üzvləri dəfələrlə Samir Əliyevin yanına gələrək onunla istintaq hərəkətləri keçirmiş, bütün hallarda Samir Əliyevin əlləri açıq şəkildə istintaq otağına gətirilib-aparılmış, hətta istintaq qrupunun rəhbəri Aslan İbrahimov dəfələrlə BİT-da Samir Əliyevlə müdafiəçilərin və qeyrilərinin iştirakı olmadan təkbə-tək görüşmüş, lakin bütün bu görüşlərin heç birində hər hansı bir insident baş verməmişdir.Bundan başqa Elnur İsmayılov öz səlahiyyətlərini aşaraq dəfələrlə Samir Əliyevi yanına çağıraraq, ondan etdiyi cinayəti etiraf  etməyi və ya cinayət törədən şəxslərin ondan tələb etmişdir. Bütün bu qeyd olunanlar, yəni Samir Əliyevə 3 saylı İstintaq Təcridxanasında işğəncə verilməsi, ondan Təcridxana rəisinin qanunsuz olaraq etmədiyi cinayəti etiraf etməsinin tələb edilməsi onun əvvəlcədən Elnur İsmayılovla razılaşdırılmaqla məqsədli şəkildə 3 saylı İT-na köçürülməsini sübut etmiş olur.Hörmətli Fikrət müəllim!Yuxarıda qeyd olunanları nəzərə alaraq, Samir Əliyevə qarşı qanunsuz hərəkətlərin edilməsinə son qoyulmasına, ona işgəncə verilməsi faktının araşdırılmasına və günahkar şəxslərin barəsində qanunamüvafiq tədbirlərin görülməsinə dair aidiyyəti üzrə müvafiq göstərişlər verməyinizi Sizdən xahiş edirəm.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler