Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İsteyirik ki, aeroporta da qatarlar işlesin”

12 Ağustos 2016

4:52 pm


12/08/2016 [20:49]: xeber –
“Əgər hər hansı fors-major hadisə baş verməzsə, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin reallaşması istiqamətində işlər ilkin mərhələdə ilin sonuna kimi yekunlaşacaq.”“Report” xəbər verir ki, bu barədə “ASAN radio”nun “QəbuldASAN” verilişində qonaq olan “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.C.Qurbanovun sözlərinə görə, işlərin əksər hissəsi yekunlaşıb: “İndi orda 8,3 km-lik torpaq yatağı qurtarıb. Təqribən 530 min kubmetr torpağın 450 min kubmetri daşınıb. Yol yatağının salınması da bitmək üzrədir. Körpünün 4 dayağı tam hazırdır. İnşallah ilin sonuna kimi bu yolun İrana keçən hissəsini təhvil verəcəyik.”Qurum rəsmisi deyib ki, dəmir yolunda orta aylıq əmək haqqı 30%-ə qədər artırılıb: “Əvvəl orta aylıq əmək haqqı 263 manat idi, amma indi onu biz 342 manata qədər qaldırmışıq. Ötən illərdə daşınmalardan gələn vəsaitlə yeni texnologiyalar tətbiq edilməyib. Bu gün dəmir yolunda çalışan işçilərin sayı təqribən yarıbayarı çoxdur. Onların hamısını ixtisara salmaq iqtisadi baxımdan düzgün deyil. Amma zaman-zaman yeni texnologiyaların gətirilməsi imkan yaradacaq ki, biz ixtisaslı kadrlarla daha çox işləyək”.C.Qurbanov Heydər Əliyev Beynəlxalq Hava Limanına yeni dəmiryolunun çəkilməsinin planlaşdırıldığını da açıqlayıb: “Bakı kəndlərinə sürət qatarlarının işləməsi ilə bağlı məsələlər diqqətdədir. Bununla bağlı məsələlər araşdırılır. İstəyirik ki, aeroporta da qatarlar işləsin. İndi bu yolun layihəsi ilə məşğuluq.”


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler