Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İstesek, o gün 43 min türk esgerini esir götürerdik”

20 Temmuz 2016

6:32 am


20/07/2016 [10:31]: xeber –
Kipr Respublikasının Demokratik Səfərbərlik Partiyasından (DİSİ) olan sabiq millət vəkili Xristos Rotsas sensassion açıqlama verib. Sosial şəbəkələrdə 15 iyul hərbi çevrilişə cəhdə münasibət bildirən sabiq deputat yunanların “böyük fürsəti” əldən verdiyini deyib: “Türkiyədəki çevriliş gecəsi böyük bir fürsəti qaçırdıq. Əsir Kipr 42 il əli-ayağı bağlı passiv oturmasaydı, dünən gecə bəlkə də Kiprin gecəsi olacaqdı. Fürsət yarandığında istifadə edə bilmək üçün bu 42 ildə hazırlıq görməliydik. Xəstəxanaların nə qədər adam qəbul edə biləcəyi, qurumların hazırlığı yoxlanmalıydı. Həmin gecə qarışıqlıqdan istifadə edərək kiprli yunanlarmı, üsyançılarmı, ayırd edilməyəcək bir vəziyyətdə türk ordusuna hücum edə bilərdik. 43 min türk əsgərini əsir alar, əksəriyyətini Baf Hava Limanına və Vasilikos adasına göndərə bilərdik. Bunun üçün illər boyu hazırlıq görmək lazım idi. Əlimizdə 43 min türk əsgəri olsaydı, Türkiyə cəhd etməyə qalxmayacaq, bizim əsgərlərimiz Girnə sahillərinə çatdıqda onlar məğlub olacaqdı. Türklər iki-üç gün bombardman edər, sonra vaz keçərdi”. Rotsasın bu mesajı sosial şəbəkələrdə böyük narazılığa səbəb olub.(Axar.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler