Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İstemirdim Nardarana eliboş gelim” – İlham Əliyev

21 Haziran 2016

4:28 pm


21/06/2016 [20:27]: xeber –
“Hər bir Azərbaycan vətəndaşı çalışmalıdır ki, müstəqilliyimizi daha da möhkəmləndirsin, müstəqilliyimizin əleyhinə heç bir addım atmasın”.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının Nardaran qəsəbəsində sakinlərlə görüşündə deyib.Dövlət başçısı qeyd edib ki, bu gün Nardaran qəsəbəsinin infrastrukturunun yenilənməsi işində çox əlamətdar gündür: “Daxili yolların təmiri başa çatıb. Biz bu gün birlikdə bu daxili yolların açılışı qeyd edirik. Bir müddət bundan əvvəl Nardaran sakinləri mənə məktubla müraciət edib qəsəbəyə dəvət etmişdilər. Mən hesab etdim ki, əliboş gəlməyim. O vaxt gəlim ki, artıq bu yollar hazır olsun. Və bu gün də yollar açılıb. Mən çox şadam ki, bu yollar tam gözəl, yeni görkəm alıb. Həm Maştağa-Bilgəh yolu yenidən qurulub, həm də Nardaran qəsəbəsinin daxili yolları təmir olunub, yollar genişlənib. Köçürülmüş binalara görə isə lazımi səviyyədə kompensasiya verilib. Bu işlərdə yerli qəsəbə sakinləri də iştirak ediblər. Yəni bu, gözəl layihədir. Layihə göstərir ki, Azərbaycanın hər bir yeri, hər bir guşəsi, hər bir qəsəbəsi diqqət mərkəzindədir və mən çalışıram ki, Azərbaycanda elə bir qəsəbə qalmasın ki, onun infrastrukturu lazımi səviyyədə olmasın. O cümlədən Bakı qəsəbələrinin sosial-iqtisadi inkişafı prosesi sürətlə gedir. Bütün qəsəbələrdə infrastruktur layihələri icra edilir. Qəsəbələrdə elektrik enerjisi, qaz, su təchizatı yaxşılaşır. Demək olar ki, bu infrastruktur layihələrinin böyük əksəriyyəti artıq həll olunub. O ki qaldı yol infrastrukturuna, əlbəttə ki, bu infrastruktur digər layihələrlə uzlaşmalıdır. Xüsusilə kanalizasiya xətlərinin çəkilişi ön planda olmalıdır ki, sonra yolların qazılmasına ehtiyac qalmasın”.Prezident həmçinin iş yerlərinin yaradılması məsələsinə də toxunub:“Ona görə də biznes mühiti daha da yaxşı olmalıdır. Bu istiqamətdə son vaxtlar çox ciddi addımlar atılır, islahatlar dərinləşir. Və beləliklə, ölkəmizin dayanıqlı inkişafı təmin edilir. Ölkəmizin hər bir yerində quruculuq, abadlıq işləri aparılır, ictimai infrastruktur yaradılır: məktəblər, tibb mərkəzləri, ictimai binalar, parklar. Mən istəyirəm ki, hər bir yaşayış məntəqəsində, o cümlədən Nardaran qəsəbəsində çox gözəl şərait olsun. Burada son aylar ərzində görülən işlər göz qabağındadır. Buna heç bir şərh verməyə də ehtiyac yoxdur. Nardaran qədim yaşayış yeridir. Burada əsrlər boyu insanlar yaşayıb, yaradıb. Dövlətçiliyə həmişə sadiq olublar. Bu qəsəbənin sakinlərinin rahat yaşaması üçün Azərbaycan dövləti hər şey edib”.Dövlət başçısı bildirib ki, Azərbaycanın hər bir yerində qanunun aliliyi təmin edilməlidir və edilir, hər bir yerində insanlar rahat yaşamalıdır:”Azərbaycanda bütün azadlıqlar təmin edilir, Azərbaycan bu baxımdan çox sürətlə inkişaf edən ölkədir. O cümlədən dini azadlıqlar təmin edilir. Bu yaxınlarda iftar süfrəsində mən bu barədə öz fikirlərimi demişəm. Azərbaycanda məscidlər tikilir, digər dinlərin məbədləri təmir olunur, tikilir. Unikal bir ölkədə yaşayırıq. Bizdə bütün ölkələrin nümayəndələri rahat yaşayırlar, ölkəmizin inkişafına öz töhfələrini verirlər. Ona görə də bütün məsələlər kompleks şəkildə öz həllini tapır. Azərbaycan öz milli, dini ənənələrinə sadiqdir. Bizim bu işdə, dünya miqyasında, müsəlman aləmində oynadığımız rol müsəlman aləmi tərəfindən yüksək qiymətləndirilir. Müsəlman aləmini birləşdirən ən böyük təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. Bu təşkilatın rəhbərlərinin Azərbaycanda gedən proseslərlə bağlı fikirləri dəfələrlə mətbuatda dərc edilib. Və bizdə dini məsələlərə onlar tərəfindən verilən qiymət ən böyük göstəricidir. Bunu biz demirik, bunu müsəlman aləmini birləşdirən İslam Əməkdaşlıq Təşkilatı deyir, həmişə bizi dəstəkləyir, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir”.İlham Əliyev qeyd edib ki, Azərbaycanda bütün məsələlər düşünülmüş siyasət əsasında öz həllini tapır:”Əsas məsələ ondan ibarətdir ki, ölkənin uğurlu inkişafı davam etsin, Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşasın, ictimai asayiş təmin edilsin, insanlar özlərini rahat hiss etsinlər, azadlıqlar təmin edilsin, infrastruktur yaradılsın və beləliklə, biz gələcəyə daha da inamla baxaq, öz taleyimizi bundan sonra da öz əlimizdə saxlayaq, bundan sonra da müstəqil siyasət aparaq. Bu bizim ən böyük sərvətimizdir. 25 ildir ki müstəqil həyat yaşayırıq və ən gənc müstəqillik dövründə Azərbaycan xalqı artıq böyük nailiyyətlər əldə edib. Əsrlər boyu başqa dövlətlərin tərkibində yaşamışıq, Abşeron yarımadasının zəngin neft yataqlarının bəhrəsini, demək olar, lazımi səviyyədə Azərbaycan xalqı görməyib. 19-cu əsrdə Azərbaycan dünya neftinin yarısını hasil edirdi. 20-ci əsrin əvvəllərində, ortalarında Sovet İttifaqı miqyasında xüsusi yer tuturdu. Sovet İttifaqı dağılanda dağılmış sənaye və bərbad vəziyyətdə olan infrastruktur, torpaqlarımızın işğalı, xaos, anarxiya, özbaşınalıq, silahlı quldur dəstələri meydan oxuyurdu”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler