Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İstediyin oğlanı sene bağlayıram, cütlükleri ayırıram…” – Bakıda “XİDMƏT” /FOTOLAR

15 Ağustos 2016

1:16 pm


15/08/2016 [17:14]: xeber –
Sosial şəbəkələrdə fırıldaqçı falçıların sayı durmadan artır.  Əvvəllər falçılara küçələrdə və ya parklarda rast gəlirdiksə, indi onlar artıq sosial şəbəkələrə yol açıblar.Belə fırıldaqçı falçılar özlərinə açdıqları profillərdə insanlara müxtəlif “xidmətlər” təqdim edirlər:  Məsələn, “Cadugər Baxısı Ekstrasens Qəbulu” adlı istifadəçi hətta bir deyil, ikinci – “Elya Elya” adı ilə də “Facebook”da var: 1.Küsənləri barışdırıram2.Ayrılanları birləşdirirəm3.Sevənləri qovuşdururam4.Uzaqda olanları qovuşdururam5.Boşananları geri qaytarıram6.İstədiyin oğlanı sənə bağlayıram7.İstədiyin qızı sənə bağlayıram8.Arzu olunmayan cütlükləri ayırıram9.Arzu olunmayan sevgililəri ayırıram10.Pis niyyətlə olunan caduları təmizləyirəm11.Sizi ayırmaq istəyənləri pis günə qoyuram12.Düşmənlərinizin yolunu bağlayıram13.Bəxti bağlı olanların bəxtini açıram14.Yolu bağlı olanların yolunu açıram15.Səfərə çıxarkən uğur qazanmağınızı təmin edirəm16.Başladığınız işlərdə uğur qazanmağınızı təmin edirəm17.Qazanc və bərəkətinizin artmasını təmin edirəm18.Sıxıntılarınızın aradan qalxmasını təmin edirəm19.Sizə olan diqqət və qayğının artmasını təmin edirəm20.Məhkəmə işlərinin sizin xeyrinizə həll olunmasını təmin edirəm21.İmtahanlarda uğur qazanmağınızı təmin edirəm22.Bütün problemlərə görə müraciət edə bilərsiniz  TƏBİİ Kİ, BİR AZ XƏRCİ OLACAQ.Baxmaq 10 manat, Cadu minimum 50 manatdan başlayır.Qiymət işə görə dəyişir. Əlaqə saxlamaq istəyənlər inbox-a yazsın. Dostluq atmağı da unutmayın. Onda mesajınız tez cavablanar.Sizə də köməyim dəysə, şad olaram!WhatsApp: (055) 777-78-36  Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, indiki zəmanədə pullarını belə şəxslərə xərcləyənlər hələ də var. Halbuki falçıların bir bildiyi olsaydı, ilk növbədə özləri üçün çarə qılardılar. Necə deyərlər, “keçəl dərman bilsə, öz başına sürtər”… (baku.ws)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler