Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İstedadlı genc yazarların Sumqayıtda görüşü keçirilib- FOTO

02 Temmuz 2016

7:32 pm


02/07/2016 [23:31]: xeber –
Bu gün Sumqayıt şəhər 28 May Mədəniyyət Evində Əli Kərim adına Poeziya klubunun və 28 May Mədəniyyət evinin təşkilatçılığı ilə istedadlı gənc yazarlarla Sumqayıtın mədəniyyət işçilərinin və sumqayıtlı oxucuların görüşü keçirilib. Bu barədə əməkdaşımıza şairə Vəfa Mürsəlqızı məlumat verib.Onun sözlərinə görə, Sumqayıtlı qələm sahiblərinin də qatıldığı görüşdə gənc yazarlar, AYB-nin üzvləri və Prezident mükafatçıları Vəfa Mürsəlqızının və Faiq Hüseynbəylinin, həmçinin gənc şair Zamiq Mehdisoyun yaradıcılıqları üzərindən ümumiyyətlə ölkənin gənc yazarlarının yaradıcılığına baxış sərgilənib: “Tədbiri giriş sözü ilə 28 May Mədəniyyət evinin bədii rəhbəri Ulduz  xanım açaraq görüşü aparmaq üçün sözü Ə.Kərim adına Poeziya klubunun direktoru, şair İbrahim İlyaslıya verdi. İ.İlyaslı ölkə rəhbərliyi tərəfindən milli ədəbiyyatımıza olan diqqət və qayğıdan söz açaraq, Sumqayıtın ədəbi mühiti haqqında, Poeziya klubunun həyata keçirdiyi tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verdi və gənc yazarları görüş iştirakçılarına təqdim etdi. Əvvəlcə, 28 May Mədəniyyət evi nəzdində fəaliyyət göstərən Xalq Teatrının üzvləri – bədii qiraətçilər gənc şairlərin şeirlərini söylədilər. Sonra söz gənc yazarlara verildi. Onlar ədəbi gəncliyin bu günü haqda fikirlərini dilə gətirdilər və öz şeirlərindən nümunələr oxudular. Tədbirdə iştirak edən  sumqayıtlı şairlər Sabir Yusifoğlu, Xatirə Fərəcli, Qafqaz Əvəzoğlu, yazıçı Almaz Sahilə, eləcə də Bakıdan tədbirə qatılmış şair Faiq Balabəyli çıxış edərək gənclərin yaradıcılığına öz münasibətlərini bildirdilər və onlara uğurlar dilədilər”. Qeyd edək ki, eyni zamanda tədbirdə iştirak edən sumqayıtlı gənc yazarlar öz şeirlərini söyləyiblər.İstedadlı gənc şairlərin şeirləri ilə süslənmiş görüşdə 28 May Mədəniyyət Evinin direktoru Vüsal Yaqublu yekun sözü söyləyib və belə tədbirlərin mütamadi olaraq keçirilməsinin vacibliyini vurğulayıb.Namiq




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler