Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İstanbul hayqırdı: “Can Azerbaycan, bizimlesen!”

18 Temmuz 2016

8:04 am


18/07/2016 [12:00]: xeber –
Türkiyədə dövlət çevrilişinə cəhdin uğursuluqla başa çatmasında ən böyük rolu dövlət qurumları və ya hüquq-mühafizə orqanları yox, adi vətəndaşlar oynadılar.O kəslər ki tankların qarşısına çıxdılar, güllələrə sinələrini sipər edərək Vətəni, Konstitusiyanı, demokratiyanı qorudular.Yüz minlərlə insan Türkiyənin küçələrinə və meydanlarına hansısa partiyanı, siyasətçini, qurumu qorumaq üçün yox, cumhuriyyəti, demokratik dəyərləri, qanunu, keçmişi və gələcəyi müdafiə etmək üçün çıxmışdılar.Qiyamçıların qarşısını alan, əllərindəki bayraqları ən güclü silah, “Rədd olsun çevriliş, yaşasın demokratiya!” şüarlarını ən yenilməz sursat hesab edənlərin qarşısında xunta geri çəkildi, uduzdu.Türkiyənin meydanlarına sel kimi axanların arasında yüzlərlə, minlərlə azərbaycanlı da vardı.Dünən İstanbulda meydanlarda dalğalanan bayraqlar arasında Azərabycan bayraqları da vardı.Axşam saatlarında Azərbaycan bayraqlarının yüksəldiyini görən istanbullular riqqətə gəliblər, “Can Azərbaycan, bizimləsən!” deyiblər.İstanbul, Ankara, İzmir, Denizli və daha neçə şəhərdəki meydanlarda “Türkiyə və Azərbaycan – bir millət, iki dövlət!” söyləyənlərin nə sayı vardı, nə də hesabı./milli.az/




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler