Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsrailli nümayendeler AMEA Botanika İnstitutunda…

11 Ekim 2016

7:28 pm


11/10/2016 [23:27]: xeber –
İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Dr. Meir Zadok, Veyzman İnstitutunun İmmunologiya fakültəsinin professoru Rut Arnon, AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının  qonağı olub. Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə, İnstitutun elmi işlər üzrə direktor müavini Eldar Novruzov, Ekosistemlərin fitososialogiyası laboratoriyasının müdiri, b.e.d. Naibə Mehdiyeva və AMEA Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyevin iştirakı ilə keçən görüşdə əməkdaşlıq əlaqələrinin qurulması perspektivləri müzakirə olunub.V.Əlizadə qonaqlara Botanika İnstitutun elmi-tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr və əldə olunan nailiyyətlər haqqında  məlumat verib. Qonaqlar Bitki ehtiyatları şöbəsində  aparılan Azərbaycan florasının dərman, efiryağlı və boyaq bitkilərinin kimyəvi tərkibinin öyrənilməsi və bioloji fəal maddələrin alınma texnologiyası üzrə aparılan elmi tədqiqat işləri ilə tanış olub. Herbari Fondunda saxlanılan yerli və xarici floraya aid herbari nümunələrinin toplanması və hazırlanması, onların saxlanılma şəraiti və Avropa Məlumat Bazasına daxil edilməsi üzrə aparılan müasir istiqamətli işlərlə xüsusi maraqlanıblar. Həmçinin, Azərbaycanda yayılan dərman bitkilərinin növlərinə dair hazırlanmış elektron-məlumat bazası nümayiş edilib. Həmin bazada dərman bitkilərinin növ tərkibində və dinamikasındakı dəyişiklikləri təhlil etməyə və ümumiləşdirməyə imkan verən 26 müxtəlif parametrlər qonaqların xüsusi diqqətini cəlb edib.Botanika Muzeyini ziyarət edən qonaqlara Botanika İnstitutu ilə Fribourq Təbiət Tarixi Muzeyi və Fribourg Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılmış və Azərbaycanın Hirkan meşələrinin on əsas klassik relikt ağac növünün yayılma ərazilərini, florası, biocoğrafiyası və ekologiyasını əks etdirən sərgi haqqında məlumat verilib.V.Fərzəliyev Mərkəzi Nəbatat Bağını ziyarət edən  qonaqları Bağın inkişaf perspektivləri və canlı kolleksiyasını zənginləşdirilməsi istiqamətində aparılan işlərlə tanış edib.İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Dr. Meir Zadok AMEA Botanika İnstitutu və Mərkəzi Nəbatat Bağının müasir vəziyyətini və əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək qarşılıqlı kadr və təcrübə mübadiləsi üçün geniş imkanların olduğunu vurğulayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler