Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsrailli alimlerin xerçengin müalicesinde – KƏŞFİ

29 Ağustos 2016

5:04 pm


29/08/2016 [21:03]: xeber –
Həkimlər bədxassəli şişləri əməliyyat etməklə və ya onların gələcək inkişafını dayandırmaqla, məsələn, dərmanların köməyi ilə xəstəni ölümdən xilas edə bilər. Ancaq bu öldürücü xəstəlik metastaz verərsə, xəstənin vəziyyəti təhlükə altına düşür. Alimlər illərdir ki, insan orqanizmində şişlərin yayılmasına şərait yaradan mexanizmləri tədqiq edirlər, amma hələlik bu məsələdə irəliləyiş elə də çox nəzərə çarpmır.   Yeni tədqiqat zamanı israilli alimlər aydınlaşdırıb ki, dəri xərçənginin ən təhlükəli variantı – melanoma başqa orqanlara da yayılır. Bu kəşf dəri xərçəng növünün səmərəli müalicəsinin axtarışında əsl sıçrayış ola bilər. Həkim Karmit Levinin sözlərinə görə, melanoma təhlükəsi əvvəlcə dəridə peyda olmur,  onlar beyin, qaraciyər və sümük iliyi kimi həyati vacib orqanların metastaz adlanan hüceyrələrində inkişaf edir: “Biz xərçəngin orqanlara yayılmasını müşahidə etdik və metastatik mərhələ başlananadək prosesi dayandırmaq üsulunu tapdıq”. Dəri xərçəngi fondunun məlumatına görə, son üç onillik ərzində melanoma xəstəliyindən əziyyət çəkənlərin sayı çoxalıb. Hər 52 dəqiqədən bir bu xəstəlik bir insanı ölümə məhkum edir. “Nature Cell Biology” nəşrində dərc olunmuş yeni araşdırmada melanoma müalicəsinin erkən diaqnostikasına dair tamamilə yeni üsul təklif edilib. Alimlər ümid edir ki, bu araşdırma tezliklə kədərli statistikanı dəyişməyə kömək edəcək. İsrailli həkimlər müxtəlif mərhələlərdə xəstəliyin inkişafını və analizlərini diqqətlə araşdırıb. Onlar erkən melanomanı son mərhələsinə qədər araşdırıb, nümunələri öyrənib və dərinin derma qatının daxili morfoloji sahəsində təəccüblü dəyişikliklər əldə edib. Əvvəllər heç bir alim belə bir dəyişiklik tapmayıb. Bundan sonra İsrail mütəxəssisləri dəyişiklikləri doğuran səbəblərin araşdırılmasına başlayıb.  Onlar mikroRNT (mikro ribonuklein turşusu) şişlərdə qeyri-adi qabarcıqlar tapıb. Levinin sözlərinə görə, melonamanın  dərinin epidermis qatında inkişaf etdiyi alimlərə çoxdan məlumdur. İlkin mərhələdə bu dəri xərçəngi növü orqanizmi “müstəmləkəyə” çevirmək üçün öz hüceyrələrini dərinin dərinliklərinə göndərə bilməz. Çünki onun qan damarlarına çıxışı yoxdur. Lakin sonrakı mərhələlərdə xəstəlik daha dərin qatlara – dermaya keçir və zəngin kapilyarlarla qan dövranına təsiri nəticəsində digər orqanlara öz hücumunu başlayır. Orqanizmin dərinliyinə nüfuz edən şişlərin mexanizmini aşkar etməklə tədqiqatçılar xəstəliyin erkən mərhələsi üçün bu prosesi dayandıra bilən iki maddə tapıb. Onlardan biri şişlərin dərinin dərin qatlarına getməsinin qarşını alır, digəri isə qabarcıqlar dermaya artıq düşsə belə morfoloji dəyişikliklər edir. Hər iki maddə laboratoriya şəraitində sınaqdan keçib və yüksək effektivlik göstərib. Hələlik isə həkimlər dərman vasitələrinin hazırlanması ilə məşğuldur.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler