Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsrailin Azerbaycanlı çempionları…- VİDEO

30 Ağustos 2016

9:08 pm


31/08/2016 [01:06]: xeber –
Son zamanlar ölkəmizdə idmana göstərilən dövlət qayğısı bu sahədə idmançılarımızın çoxsaylı uğurları ilə müşayət olunur. Bir müddət əvvəl Braziliyada keçirilən olimpiya oyunlarında idmançılarımızın qazandığı medallar buna əyani sübutdur. İdmançılarımızın qələbələri xaricdə yaşayan soydaşlarımızın övladlarını da cempion olmağa həvəsləndirir və onları idmanın müxtəlif sahələrinə cəlb edir. Hətta böyük nəticələr əldə edənlər də var.Belə ki, avqustun 30-da İsrailin Kiryat-Ono şəhərində uşaqlar arasında karate üzrə beynəlxalq yarış keçirilib. Yarışda İsrailin Natanya şəhərində yaşayan balaca soydaşlarımız Sadiq və Fuad Mirzəyev qardaşları öz yaş qruplarında yüksək nəticə əldə ediblər. Belə ki, Fuad Miryəyev cempionatı birinci yerdə, Sadiq Mirzəyev isə ikinci yerdə başa vururb. Bundan başqa Sadiq kumite yarışlarında da 1-ci yerə layiq görülüb. Gənc soydaşlarımız  sentyabrın 15-də Kiprdə keçiriləcəck dünya çempionatında da çempion adı uğrunda yarışacaqlar. Gənclərimizə uğurlar arzulayırırq!Qeyd edək ki, Mirzəyevlər qardaşlarının atası Araz Mirzəyev unudulmaz xanəndəmiz Hacıbaba Hüseynovun tələbəsi olub. Bir neçə ay əvvəl Araz Mirzəyev İsrail-Azərbaycan dostluğundan bəhs edən möhtəşəm bir klip çəkdirirb. Klipin ideya müəllifi və rejissoru isə onun həyat yoldaşı İsrael- Azerbaycan Odlar yurdu teatr truppasının baş rejissoru Səadət Şükürovadır.Onu da xatırlatmaq istəyirəm ki, sözü gedən ailə yaşadıqları Natanya şəhərində diaspora işi ilə məşguldurlar. Belə ki, neçə ildən bəridir, bu ailə Azərbaycanın milli bayramlarında, həmçinin milli faciələrimizin ildönümlərində Natanyada kütləvi aksiyalar təşkil edir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler