Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsrail Qezzanı şikestler şeherine dönderib – Dehşet…

12 Ekim 2016

5:16 pm


12/10/2016 [21:14]: xeber –
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Qəzzada 75 min nəfər əlil var. İsrailin təcavüzkar siyasəti sayəsində  Qəzza əhalisinin təxminən 17 faizi şikəst olub.sayt bu haqda Türkiyənin “Dünya Bülteni” nəşrinə istinadla yazır. Qırmızı Aypara Cəmiyyətinin verdiyi məlumata görə, 490 min sakini olan Qəzzada hazırda 75 min nəfər əlil var.  Bu o deməkdir ki, İsrail bombardmanları bu Fələstin şəhərini əlillər məskəninə çevirib. Yalnız 2014-cü ildə bombardmanlar nəticəsində Qəzzada 11 min nəfər yaralanıb. Onların əksəriyyəti aldıqları yaralardan ömürlük şikəst qalıblar. Vəziyyət onunla daha da kəskinləşir ki, xaricə müalicəyə getmək istəyən fələstinlilər blokada ucbatından bunu edə bilmirlər. 2016-cı ilin əvvəlindən 22 min müsəlman bu məqsdlə İsrail hökumətinə müraciət edib. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, bunlardan yalnız 2040 nəfər müalicəyə yollanıb. Əlillərin üçdə birinə isə demək olar ki, rədd cavabı verilib.  Bu gün Qəzzanın 2300 sakininin əl və ayaq protezlərinə ehtiyacı var.Sultan Laçın


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler