Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsrail felestinli uşağa 12 il hebs cezası kesdi

07 Kasım 2016

2:00 pm


07/11/2016 [17:58]: xeber –
sayt xəbər verir ki, İsrail məhkəməsi Əhməd Manasıra adlı 14 yaşlı fələstinli uşağı 12 il həbs cəzasına məhkum edib. Fələstinli uşağın vəkilliyini üzərinə götürən Tarıq Bergus mətbuata verdiyi açıqlamada İsrail Məhkəməsinin “qətlə təşəbbüs”də günahlandırılan Manasıra 12 il həbs cəzası verdiyini bildirib.Şərqi Qüdsün Beyt Haninə məhəlləsindən olan 14 yaşlı Manasıra oktyabr ayında həbs edilmişdi və indiyədək islahedici müəssisədə saxlanılır. 12 illik həbs cəzasının ardından isə Manasıra həbsxanaya köçürülüb.Məhkəmənin bu qərarını insan və uşaq hüquqları baxımından cinayət kimi dəyərləndirən vəkil Bergus “Bu hal, dövlətin hüquqi dövlət olmadığını göstərir” deyib. Xatırladaq ki, əmi uşaqları olan Əhməd və Həsən Manasıra qarşı İsrail qüvvələri tərəfindən 12 oktyabrda “bıçaqlı aksiya” həyata keçirdikləri iddiası ilə  atəş açılmışdı. 15 yaşlı Həsən Manasıra hadisə yerindəcə həyatını itirmişdi. 14 yaşlı Əhməd Manasıra isə zorakılığa məruz qalmışdı. Hadisədən qısa bir müddət sonra Əhmədin yaralı halda yerdə yatarkən yəhudilər tərəfindən söyüşlərə məruz qaldığı video yayılmışdı və böyük əks-səda doğurmuşdu.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler