Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsmayıllı rayonu falçıya hevale olunub: Resmi qurumlarsa “susmaq qızıldır” düşüncesinde…

14 Eylül 2016

5:32 pm


14/09/2016 [21:28]: xeber –
Tarix boyu bəşəriyyət mövhümatçılıqdan çox əziyyətlər çəkib. Xüsusilə intellektual səviyyəsi aşağı toplumlarda getdikcə güclənən, insanların bilgisizliyindən, çarəsizliyindən faydalanan falçılar, kahinlər, baxıcılar, kimyagərlər və digər kəmfürsətlər millətlərin əsl faciəsinə çevrilirlər. Bu cür qüvvələrin qarşısı zamanında alınmasa, cəmiyyətlər cəhalət bataqlığından xilas ola bilmirlər. Təsadüfi deyil ki, bütün haqq dinlərinin ən ciddi düşməni mövhümatçılıq olub və həmin dinlərin məqsədi cəmiyyəti geri salan bu ünsürləri yox etməyə yönəlib.Azərbaycan da mövhümatçılığın əlində əsir-yesir alan zavallı coğrafiyalardan sayılıb. Hələ 19-cu əsrin sonları 20-ci əsrin əvvəllərində bir çox ədib və ziyalılarımız əllərindəki qələmlə bu mərəzə qarşı mübarizə aparıblar. Mirzə Fətəli Axundovun “Hekayəti Molla İbrahim Xəlil kimyəgər”, Cəlil Məmmədquluzadənin başda “Ölülər” olmaqla bir sıra əsərləri bu cür qüvvələrin işfasına həsr edilib. Bəyənmədiyimiz SSRİ də sözügedən mübarizədə əvəzsiz xidmətlər göstərib.Bütün bu ardıcıl və davamlı mübarizələrə baxmayaraq, mövhümatçılıq yenə də Azərbaycanda yağışdan sonra göbələklər kimi durmadan artır. Asan yolla pul qazanmaq istəyən bəzi insanlar bu əməllərə yönəlirlər.Məlumunuz olsun ki, sən demə, məmləkətimizin ən məşhur falçılarından biri də İsmayıllı rayonunda yaşayır – Zümrüd Musayeva. Bir müddət əvvəl rayonun bir sıra sakinlərinin müxtəlif media qurumlarına göndərdikləri şikayət məktublarına görə, Zümrüd Musayeva insanları aldadaraq, öz sərvətini artırır. Avropa.info saytı 29 avqust 2016-cı il tarixində şikayətçilərin dərdindən yazaraq bildirir: “İsmayıllı rayon sakini Z. Musayeva insanlara yaşadığı evin həyətində “pir ağacı”nın olduğunu deyərək, onlarda onun üçün nəzir gətirmələrini istəyir”.Zümrüd Musayevanın qazanc mənbəyi olaraq seçdiyi insanlar isə maddi imkanları aşağı olan təbəqəyə məxsusdurlar. Hər halda bu iddianı da Avropa.info-ya şikayət ünvanlayan İsmayıllı sakinləri irəli sürürlər: “Şikayətçilərin yazdıqlarına görə, bu qadın yoxsul qadınların öz övladlarına bir parça çörək almaq ucun yığdığı pulu və ya zinət əşyalarını min fitnə-fəsadla əllərindən alır. Z. Musayevanın əsas işi cahil insanları aldadaraq, “məndə Allah vergisi var, həyətimdə pir var” deyib, insanların psixoloji vəziyyətindən istifadə edərək onlardan gəlir əldə etməkdir. Deyilənlərə görə, bu qadın pul əvəzinə, vətəndaşların malını, qoyununu da almaqdan çəkinmir”.Falçının əsasən maddi imkanı aşağı olan təbəqələrə xidmət göstərməsində əslində qeyri-təbii heç nə yoxdur. Nədən ki, Konstitusiyamızın müvafiq tələblərinə rəğmən, tibb sisteminin pullu olduğu və qiymətlərin kəllə-çarxa qaldığı halda, aldığı məvacibi qidalanmağa, zəruri tələbat mallarına gedən insanlarımız xəstəxanalara, müxtəlif müalicə mərkəzlərinə müraciət etməyə imkanları çatmadığından, məcburən Zümrüd Musayeva kimi falçılara üz tuturlar. Falçılar isə vətəndaşlarımızın bu çarəsiz vəziyyətindən maksimum faydalanırlar. Prinsipcə, bunu heç Zümrüd Musayevanın özü də inkar etmir. Onun bir müddət əvvəl mətbu orqanlardan birinə verdiyi açıqlamaya görə, artıq neçə illərdir ki, falçılıq fəaliyyəti ilə yanına üz tutan insanlara yardım göstərir, onların dərdinə dərman olur: “Biz ancaq insanlara kömək məqsədilə iş görürük. Bizim pis məqsədimiz, insanlara qarşı narahatlığımız yoxdur. Mənə müraciət edən insanlar arasında daha çox övladı olmayanlardır. Daha sonra qorxusu olan insanlara kömək edirik, onların qorxularını götürürük”. (Mənbə: http://cebhe.info/polis-fal%C3%A7%C4%B1n%C4%B1-vergi-%C3%B6d%C9%99m%C9%99y%C9%99-qoymur-g%C3%B6r%C3%BCc%C3%BC-xan%C4%B1m-n%C9%99l%C9%99r-dan%C4%B1%C5%9Fd%C4%B1%E2%80%A6__29487/) 2007-ci ildən falçılıqla məşğul olduğunu bildirən Zümrüd Musayeva bu işə ilk başladığı  zamanlar fəaliyyətini rəsmiləşdirmək qayğısına belə, qalıb. Hətta bunun üçün Vergilər Nazirliyində qeydiyyata da düşüb. Maraqlıdır ki, öz möhtəkirlik fəaliyyətinə görə hətta dövlətə vergi də ödəyib: “Bir dəfə İsmayıllı Rayon Polis İdarəsinə düşdüm. Oradan imkan verilmədi ki, mən vergini ödəyim. Hazırda da VÖEN kitabçamı saxlayıram. 2007-ci ildən 2008-ci ilə qədər vergi ödədim. Sonra imkan vermədilər, dedilər ki, olmaz”.(Mənbə: http://cebhe.info/polis-fal%C3%A7%C4%B1n%C4%B1-vergi-%C3%B6d%C9%99m%C9%99y%C9%99-qoymur-g%C3%B6r%C3%BCc%C3%BC-xan%C4%B1m-n%C9%99l%C9%99r-dan%C4%B1%C5%9Fd%C4%B1%E2%80%A6__29487/)Daha sonra falçılığın qadağan olunduğunu etiraf edən Zümrüd Musayeva öz möhtəkirlik fəaliyyətini qeyri-qanuni davam etdirdiyini də gizlətməyib: “Deyib ki, onların fəaliyətinə nə qədər məhdudiyyət qoyulsa da, hansısa dərdi ilə bağlı şəfa tapan və yardım alan insanlar mütləq onları tapacaqlar: “Qırx kəsdirmək və ya qorxunu götürmək istəyən adam gecəyarısı olsa belə, bizə müraciət edəcək. Məni yaxşı tanıyan varsa, onların qarşısında 100 belə məhdudiyyət qoyulsa da, onlar yenə məni axtaracaqlar və yanıma gələcəklər. Elin gözü tərəzidir. Əgər pis işimiz də, yaxşı işimiz də varsa, deyəcəklər. Göstərdiyim xidmət əvəzində konkret məbləğ qoymuram. Kim nəyi bacarırsa, halal edir”. Zümrüd Musayeva açıqlamasında bir qədər də irəli gedərək, onun fəaliyyətinə icazə verməyənləri metafizik qüvvələrlə təhdid etməkdən belə çəkinməyib: “Əgər bizim işimizə məhdudiyyət qoysalar, bu, heç də onların xeyrinə olmayacaq”.Bəs, haqqında bəhs etdiyimiz falçının xəstələrə şəfa, övladı olmayanlara övlad vermək üsulları nələrdir?Avropa.info-ya ünvanlanan şikayət məktubunda bu suala da aydınlıq gətirilir: “Falçılıqla məşğul olan bu qadın vətəndaşlara “kömək etmək” məqsədilə müqəddəs Quranı ayaqlarının altına alır, bəzən isə şeytana sitayiş etdiyini deyir. Z. Musayeva öz adamlarını qəbirstanlığa və ya müxtəlif şəxslərin həyətlərinə göndərərək cürbəcür caduları, qifilları orada basdırtdırır. Bundan sonra o yanına gələnlərə “sənin adına filan yerdə əməl olunub basdırılıb ki, sən öləsən” deyərək bu adamlardan həmin cadunun çıxarılması müqabilində külli miqdarda pul tələb edir.Çarəsiz qalan valideynlər də övladlarını və ya özlərini bu bəladan xilas etmək üçün onunla razılaşaraq tələb olunan pulu və ya istədiyi hər bir şeyi ona verirlər. Hələ bütün bunlar azmış kimi, bu qadın Dubaydan və Ərəbistandan hazır dualar gətizdirdiyini iddia edir və bu duaları “Qırmızı Kitaba” düşmüş və ovlanılması qadağan olunan maral və ceyran kimi heyvanlarının dərisinə tikərək, baha qiymətə insanlara satır. Rayon sakininin daha bir qazanc yeri isə rayonun imkanlı adamlarının siyahısını tutaraq onlar üçün qadın təşkil edir və bu qadınlar vasitəsilə onların pulunu soyur.Həmyerliləri onun gecələr kəfən geyərək dualar oxuduğunu, “ruhları, şeytanları çağıraraq” acığı gələn insanların üstünə göndərdiyini deyirlər. Rayon sakinləri aidiyyatı qurumlardan bu şəxs haqqında tezliklə lazımi tədbirlər görməsini və onun cəzalandırılmasını istəyirlər”.Maraqlıdır ki, möhtəkərliyi həm rayon sakinləri tərəfindən şikayət olunan, həm də özü tərəfindən şəxsən etiraf edilən Zümrüd Musayevaya qarşı heç bir tədbir görülmür. O, bu gün də İsmayıllı rayonunda öz faəliyyətini davam etdirir. Baxmayaraq ki, rayon sakinlərinin bizə bildirdiyinə görə, mətbu orqanlarında haqqında dərc olunan məlumatlar Zümrüd Musayevaya xeyli baha başa gəlib. Bildirilir ki, özü hansısa dövlət qurumuna şikayətlərə əhəmiyyət verməmələri üçün xeyli xərcə düşdüyünü də etiraf edib. Həmin dövlət qurumu isə “əl əli yuyar, əl də qayıdıb üzü” məntiqinə uyğun olaraq, onun fəaliyyətinə göz yumub.Zənnimizcə, son zamanlar möhtəkirliyin ölkəmizdə bu dərəcədə yayılmasının başlıca səbəblərindən biri də bu məlumatda axtarılmalıdır. Görünür, Zümrüd Musayeva kimi falçılar kimlər üçünsə həm də yaxşı qazanc mənbəyidir. Kim belə yağlı tikədən keçər?


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler