Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İslam Kerimovun “Gülüstan” sarayındakı çıxışını heç zaman unutmaram…”

03 Ekim 2016

7:56 pm


03/10/2016 [23:55]: xeber –
Asiyanın digər ölkələrindən fərqli olaraq Özbəkistanın mərhum prezidenti İslam Kərimov sağlığında əfsanələşdirilməmişdi. Mərhum prezidentə heç bir abidə qoyulmamışdı, küçələrdə portretləri belə gözə dəymirdi.  İslam Kərimovun dəfn mərasimində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov çıxışı zamanı bildirmişdi ki, Türkmənistanda bəzi küçələrə və yerlərə özbək liderinin adı veriləcək. Türkmənbaşının bu çıxışından sonra Özbəkistan hökuməti mərhum prezident İslam Kərimovun xatirəsinin ədəbiləşdirilməsinə qərar verib. Həmçinin Moskva şəhər dumasının mədəniyyət və kütləvi kommunikasiya üzrə komissiyasının sədri Yevgeni Qerasimov da Özbəkistan səfirliyinin önündə Kərimovun abidəsinin qoyulacağını açıqlayıb.Xatırladaq ki, İslam Kərimov Qarabağ məsələsinə görə Ermənistanla heç bir diplomatik əlaqə qurmayıb. Məhz elə bu səbədən Azərbaycanda da İslam Kərimovun adı əbədiləşdirilə bilərmi?  sayt bu sualla Xalq şairi, sabiq millət vəkili Sabir Rüstəmxanlıya müraciət edib. Sabir Rüstəmxanlı İslam Kərimovun adının Azərbaycanda da əbədiləşdirilməsinin vacibliyini vurğulayıb:“İslam Kərimov ziddiyyətli adam idi. Bir tərəfdən Özbəkistanda müxalifətin əl-qol atmasına imkan vermirdi, digər tərəfdən də bir ara narazılıq oldu ki, oradakı Türk məktəblərini bağlayır. Sonra məlum oldu ki, bu gün Türkiyənin bağladığı Gülən məktəblərini bağlayırmış. Hətta bir ara Azərbaycanla soyuq münasibəti var idi. Amma sonra mən onu Bakıda gördüm, bir neçə dəfə görüşlərində iştirak etdim. Azərbaycana o qədər böyük sevgiylə danışırdı ki, o zaman onun nə qədər ağıllı, ciddi siyasətçi olduğunu gördüm. İslam Kərimovun “Gülüstan” sarayındakı çıxışını heç zaman unutmaram, çox gözəl, müdrik çıxış etmişdi. Həmçinin Qarabağla bağlı Ermənistana münasibəti də göz qabağındaydı.Özbəkistan mürəkkəb bir yerdir, Asiyanın ortasındaıdr, ətrafında müxtəlif qüvvələr, qonşuluğunda Çin, Hindistan, İran, Rusiya var. Ona görə də Özbəkistanın müstəqilliyini qoruyub saxlamaq çox çətindir. İslam Kərimov ona görə də müəyyən sərt addımlar atmağa məcbur olurdu. Hər halda Azərbaycanla Özbəkistanın ümumi dostluğu var, bir-birinə çox yaxın ölkələrdir. Özbəkistana gedəndə, yad ölkədə olduğunu qətiyyən hiss etmirsən. Orada Nizami adına institut var, Azərbaycanın adıyla bağlı çox gözəl yerlər var. Ona görə də hesab edirəm ki, bəli, İslam Kərimovun adı Azərbaycanda əbədilləşdirilməlidir. İslam Kərimovun adı unudulmasın, xatırlansın deyə Azərbaycanda hansısa bir iş görmək olar”.   Rumiyyə    


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler