Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İslam Kerimovla görüşen Azerbaycan Ali Sovetinin sabiq sedri danışdı

02 Eylül 2016

6:56 pm


02/09/2016 [22:54]: xeber –
“İslam Kərimovdan sonra Özbəkistan hakimiyyətinin xarici siyasətində böyük dəyişiklik gözlənilir”.  Bunu  Azərbaycan Ali Sovetinin sabiq sədri, 1992-ci ildə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra etmiş Yaqub Məmmədov Özbəkistan prezidenti İslam Kərimovun vəfatına münasibət bildirərkən deyib. Y.Məmmədov bildirib ki, Özbəkistanda yeni prezident kim olacaqsa, orada fərqli proseslər gedəcək: “İndi baxır ki, Özbəkistanda prezident kim olacaq. Mətbuatdan oxuyuram, indi ən çox hazırkı baş nazirin prezidentliyə adı hallanır. Ancaq bunu dəqiq bilmək olmaz. Özbəkistanda fərqli proseslər də baş verə bilər. Vaxtilə Türkmənistanda da prezidentliyə əsas namizəd kimi başqa adamların adı hallanırdı. Ancaq prezident ayrı şəxs oldu. Ona görə də indidən prezidentin dəqiq kim olacağını heç kəs deyə bilməz. Yəqin ki, İslam Kərimovun əvvəldən öz yerinə hazırladığı şəxs var. Proseslərin sonunu gözləmək lazımdır”. Y.Məmmədov İslam Kərimovla bağlı xatirələrini də bölüşüb: “İslam Kərimov xalqını və dövlətini sevən çox təcrübəli və tələbkar dövlət başçı olub. Mənim onunla şəxsi dostluğum olmasa da rəsmi təmaslarımız olub. Bir neçə dəfə İslam Kərimovla üzbəüz görüşüm olub, həmçinin onunla telefonla da danışıqlarımız olub. Mən 1992-ci ildə Daşkənddə İslam Kərimovla görüşmüşdüm”.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler