Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İslahatlara yalnız qocalar gedir – MƏSXƏRƏ

10 Temmuz 2016

7:08 pm


10/07/2016 [23:05]: xeber –
Bu gün, iyulun 10-da Azərbaycan Respublikasının prezidentinin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. İclasın materialları ilə tanış olmaq üçün rəsmi qəzetlərin internet səhifəsinə baş çəkərkən müşavirənin tam mətnini axtararkən diqqətimi qısa icmal və bu şəkil cəlb etdi. Ölkənin ali idarəçiliyinə prezidentdən sonra ireyarxiyaya görə yuxarı başdan ilk üçlükdə sağ və sol tərəflərdə əyləşən 6 yüksək vəzifəli şəxslərə nəzər salıb islahatlar barəsində düşünərkən ilk növbədə onların yaşa görə adekvatlığı müəyyənləşdirmək üçün sadə arifmetik hesablama apardım. Bəlli oldu ki, ilk altılığın birlikdə yaşı 446 il, orta yaşı isə 74,3 ildir. Onların hər birinə daha çox ömür arzulamaqla bildirmək istəyirəm ki, bu tendensiya yalnız ali iidarəetməyə deyil, həm də orta idarəetmə pillələrində çalışan dövlət qulluqçuları üçün də xafrakterikdir. Rəsmi statistik məlumatlara görə 30 yaşa qədər olan dövlət qulluqçularının ümumi yekunda çəkisi 17 faiz olduğu halda, yaşı 55-dən yuxarı olanların payı 21 faizdir. Məşhur bir filmdə olduğu kimi döyüşə (islahatlara) yalnız qocalar gedir/В бой идут одни старики.Qubad İbadoğlu, tanınmış iqtisadçı alim, ADR Hərəkatının sədri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler