Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İslahatlar niye yubanır -Ekspertden mühüm açıqlamalar

15 Ekim 2016

5:08 am


15/10/2016 [09:06]: xeber –
Azərbaycan Konstitusiyasına edilən əlavə və dəyişikliklərdən 20 gün otur. Artıq səsvermənin yekun nəticələri elan edilib, prezident referendum aktını təsdiqləyib. Faktiki olaraq yeni konstitusiya dəyişikləti qüvvəyə minib. Referendumdan dərhal sonra Azərbaycan hökumətinin ölkədə bütün sahələrdə islahatlar həyata keçirəcəyi deyilirdi.Amma referendumdan 20 gün keçməsinə baxmayaraq, hakimiyyət diqqətçəkən addımlar atmayıb. Mövcud vəziyyətin nə qədər davam edəcəyi isə müəmmalıdır. Əksəriyyət hakimiyyətin daha çox iqtisadi sahələrdə islahatlar aparacağını güman edir. Səbəb də hazırda Azərbaycanda tüğyan edən iqtisadi böhrandır. Siyasi sahələrdə də islahatlar istisna edilmir. Qərblə münasibətləri mövcud səviyyədə saxlamaq üçün hökumətin bu sahədə islahatlar aparmasının vacibliyi qeyd olunur. Qarşıdakı aylarda ölkəmizdə gözlənilən növbədənkənar prezident və parlament seçkilərinin siyasi islahatlar istiqamətində hakimiyyətin atacağı addımlardan biri olduğu bildirilir. İstənilən halda hakimiyyətin islahatlara getməyə məcbur olduğu  söylənilir. “Turan” informasiya agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, iqtisadi və siyasi sahələrdə vəziyyətin günbəgün pisləşməsinə baxmayaraq, islahatlar yubanır: “İslahatlarla bağlı prezident çıxışında hansı sahələrdə islahatların aparılacağı ilə bağlı danışıb. Müəyyən sahələri inkişaf etdirmək istəyirlər. Amma necə? Aqrar sahəni inkişaf etdirmək istəyirlər. Burada kiçik və orta sahibkarlığın inkişafından söhbət getmir. Kənd təsərrüfatı, eləcə də kəndlilərə məxsus torpaqlar iri məmurlar tərəfindən zəbt edilsə də, hökumət bu torpaqları onların əllərindən almaq əvəzinə, bu sistemi saxlamaqla islahatlar aparmaq istəyir. Burada ciddi ziddiyyətlər var. Bir dəqiq məsələ var ki, hakimiyyət dəyişikliklərə getməyə məcburdur və problemin həlli yollarını axtarır. Mövcud hakimiyyəti bu idarəetmə üzərində saxlamağa çalışırlar. Bu da çox ciddi ziddiyyət təşkil edir. Vətəndaş cəmiyyətinin bu proseslərə qoşulmasının qarşısı alınır. Bu vəziyyət hər kəsi narahat edir. İslahatları bəlkə ona görə yubadırlar ki, ümid edirlər neftin qiyməti qalxar. Siyasi, iqtisadi, aqrar, sənaye və digər sahələrdə islahatlar gözləniləndir. Amma bu da faktdır ki, sahibkarlığın müstəqil şəkildə fəaliyyətindən çəkinirlər. Halbuki demokratik ölkələrdə azad sahibkarlıq dövlətin əsasını təşkil edir. Azərbaycanda isə bunu etmək istəmirlər. Açığı, hakimiyyət ciddi islahatlara getməkdə də maraqlı görünmür. Çünki islahatlar o deməkdir ki, orada cəmiyyətlə hesablaşmaq lazımdır. Hansısa formada vəziyyəti müəyyən qədər dəyişmək istəyirlər. Ziddiyyət isə odur ki, birini etməsən, digəri də alınmır. Vəziyyət heç də ürəkaçan deyil. Bunların sonu böyük fəsadlarla nəticələnə bilər”.M.Əliyev islahatlar olmazsa, Qərbdən gələcək təpkiləri də istisna etmədi: “Qərbdən təzyiqlər qaçılmaz olacaq. Çünki referendumdan öncə vədlər verilib. Bunun üçün davamlı hərəkət olmalıdır. Bunlar baş verməsə, başqa mexanizmlər baş verə bilər. Böhran göstərdi ki, neft və qaza bağlıyıq. Biz gördük ki, ölkə lütdür, neftdən başqa heç nəyi yoxdur. Hər şey də bu gün hakimiyyətin davranışından asılıdır. İctimai nəzarət olmasa, ictimaiyyətin bu proseslərdə aktivliyi təmin olunmasa, heç nə alınmayacaq. Məhkəmə sistemi də müstəqil olmalıdır. Amma bu da hakimiyyətə sərf eləmir. Odur ki bir yol müəyyən etmək çətindir”.Ekspert prezident və parlament seçkilərinin olacağı ilə bağlı fikirlərə də münasibət bildirdi: “Mən hələ ki parlament seçkilərini gözləmirəm. Olacaqsa, prezident seçkiləri olacaq. Bu, prezidentə daha böyük səlahiyyətlər verəcək, digər tərəfdən də üzərinə daha böyük məsuliyyət qoyur. Bu seçki islahatlar proqramına aid ediləcək. Çünki islahatların aparılmasının operativliyi artır. Daha çevik qərarlar verilməli, işlər görülməlidir. Müəyyən işlər görüləndən sonra parlament seçkiləri və digər məsələlərdən danışmaq olar. Parlamentə yeni qüvvələrin dəvəti yeni dövr üçün əhəmiyyətli olacaq. İctimaiyyət arasında müzakirələr parlamentə gətiriləcək”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler