Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İslahatlar akademiyaya da çatacaq, bezi alimler cezalarını alacaqlar” –AMEA-nın şöbe müdürü

20 Eylül 2016

9:20 am


20/09/2016 [13:18]: xeber –
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik institutunun şöbə müdiri filologiya elmlər doktoru İdris Abbasov sayt saytına açıqlamasında bir neçə maraqlı məqamlara toxunub. İnstitutun şöbə müdiri ölkədə gedən islahatların AMEA-ya da çatacağını və bundan sonra bəzi alimlərin cəzalanacağını bildirib:“Tam şəkildə inanıram ki, başladılan bu islahatlar AMEA-ya da çatacaq və vəzifə tutduğu halda, iş əvəzinə görüntü yaradıb sərvət yığımı ilə məşğul olan gözdən uzaq, könüldən iraq məddah alimi-kəbirlər də layiqli cəzalarına çatacaqlar.”Məhsul” stadionunda kənd təsərrüfatı məhsullarının sərgisi və satışı keçirilsəydi daha faydalı olardı. Neçə ildir ki, dünya iqtisadi böhran məngənəsində inildəyir. Avropada o boyda Yunanıstanın nə vəziyyətə düşdüyünün hamı şahidi oldu. Guya hakimiyyət dəyişsə, hansısa bir ağatlı oğlan gəlib hərəyə bir at bağışlayacaqmış. 1990-ci ildən bəri qarmaqarışıqlıqılardan başımız az çəkməyib və keçəl bir daha suya girməz. Xalqın heç bir ağıllı nümayəndəsi iğtişaşların olmasını istəmir, əksinə, sabitlik üçün hər şeyə hazırdır. Əyri yollarla sərvət toplayan və mədhiyyəyə qurşanan alim-akulaları bilmirəm, amma Prezidentin ölkədə apardığı son islahatlar, şəxsən məndə bir ziyalı kimi böyük ümidlər yaradıb. Ölkə başçısının ümummilli dövlət maraqlarına xidmət edən son addımları qeyd etdiyim bəzi əyri-üyrü yollarla mal-dövlət toplayıb özünün “biznesini” yaradan iri adlı və təltifli, vəzifəli və hiyləgər alimi-üləmanın da kürkünə birə salıb və mədhiyyə deyib YAP-a üzv yazılmaqla canlarını qurtaracaqlarına ümidləri azalıb. Azərbaycanda keçən hər gün, hər həftə, hər ay prezidentlə xalqın birliyi daha da artır. Praktikadan məlumdur ki, xalqla rəhbərin birliyi qarşısında nəinki 3-5 fırıldaqçı, əliəyri məmur, hətta heç bir düşmən duruş gətirə bilməz. Bu isə xarici düşmənləri və daxili kreslo aşiqlərini qıcıqlandırmaya bilməz. Çatışmazlıqları, nöqsanları, məmur əyriliyini demək və onlara qarşı mübarizə aparmaq cəmiyyətin düzgün yaşamağı sevən heç bir fərdinə yasaq edilməyib. Düşünürəm ki, bütün bunlar ölkə başçısının apardığı ciddi islahatlara mane olmaq məqsədini güdür və prezidentlə xalqın monolit birliyini zədələməyə yönəlib. Xalqın içində olan sadə bir ziyalı kimi təkrar edirəm ki, xalq öz prezidentini – İlham Əliyevi ürəkdən sevir, ona inanır və etimad edir. Bu sevgi vasitəsiz və təmənnasızdır. Xalqla hökumətin “arasını düzəltmək” məqsədilə araya girib şəxsi maraq güdənlər bu hiyləgərliklərindən çəkinsələr, əlavə problemlər də yaranmaz”. Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler