Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İslahat qerarları ya tam dolğun deyil, ya da bu günün teleblerine cavab vermir”

Genel 18 Haziran 2016

4:20 pm


18/06/2016 [20:17]: xeber –
Ölkəmizin statistika orqanları 2016-cı ilin yanvar-may aylarında Azərbaycanın sosial-iqtisadi inkişaf statisikasının nəticələrini açıqladı. Qısaca bir cədvəl formasında əsas göstəriciləri nəzərə çatdırım:Bax Cədvəl 1.N Göstəricilər 2016-cı ilin yanvar-may ayları, faktiki, milyon manat 2016-cı ilin yanvar-may ayları 2015-сi ilin yanvar-may aylarına nisbətən, faizlə Məlumat üçün: 2015-ci ilin yanvar-may ayları 2014-сü ilin yanvar-may aylarına nisbətən, faizlə1. ÜDM (Ümumi daxili məhsul), mln manat 21512,8 95.8 105,3O cümlədən, qeyri-neft ÜDM 13806,4 93,0 107,62. İnvestisiya, Mln manat 5388.8 66.9 103.7O cümlədən Tikinti Qİ 3725.8 63.0 112,03 Kənd təs. məhsulu. Mln manat 1341,7 105.8 104.14.1 Dövlət büdcəsinin gəlirləri, milyon manat 5453,9 84,9 80,14.2 Dövlət büdcəsinin xərcləri, milyon manat 5316,1 72,5 99,54.3 Profisit 137,85 Əmanətlərin həcmi (1 may) 7685,0 99,6 117,55.1 Kredit qoyuluşları 18758,7 91.1 129,86 cümlədən vaxtı keçmiş 1381,3 109,9 140,37 İxrac* Statisika 3859,7 92,6 104,9 Gömrük 2449,8 82,4 112,48 Qeyri neft ixracı* 334,7 60,5 134,89 İdxal* 2594,2 76,0 123,510 Kurs Dollar-manat, Dövrün başina 1.55 198,7 100,0* 2016 yanvar-aprel məlumatlarıƏlbəttə, əldə olunan göstəricilər gözlənilən idi, amma təəsüflər olsun ki, bu günkü Azərbaycanın potensialına uyğun deyil. Göstəricilərin təhlilindən əldə olunan bir sıra müsbət və mənfi nəticələr:1-Müsbət nəticələr:-Ölkənin iqtisadiyyatında düşmə sürəti nisbətən azalmışdır, əgər yanvar –aprel aylarında bu düşmə 4,5% olmuşdursa, 5 ay ərzində düşmə tempi 4,2%-ə enmişdir.- Ölkənin kənd təssərüfatında nisbətən dirçəlmə prosesi getmiş, digər sahələrdən fərqli olaraq bu sahədə ÜDM uyğun dövr üçün 5,8% artmışdır.-qeyri neft sənayesində nisbi dirçəlişə nail olunmuş, beş ay ərzində 3,5% artım qeyd olunmuşdur.2- Mənfi nəticələr.-Əksəriyyət istiqamətlərdə ciddi tənəzzül müşahidə olunmuşdur. Ümumi daxili məhsul 4,2 % aşağı düşmüşdür. Bu düşmənin xarakterik mənfı tərəfləri: a/ bu azalma keçmiş SSRİ (hətta sanksiyalar içərisində olan Rusiyada), və bütün sosialist ölkələri içərisində ən böyük azalmadı, hətta dünya miqyasında belə sürətli azalma təhlil olunana dövrlərdə çox az ölkələrdə müşahidəolmuşdu, Venesuela kimi ciddi siyasi və iqtisadi böhran yaşayan bir ölkədə (bu ölkədə fövqəladə vəziyyət elan olunmuşdu) bu qədər azalma müşahidə olunmamışdı. b/ müstəqilliyimizi qazandıqdan və böhrandan çıxdıqdan sonra ilk dəfədir ki, iqtisadiyyatda tənəzzüllə qarşılaşmışıq və həm də birdən birə ciddi tənəzzüllə üz-üzə qalmışıq. c/ hökümətin və beynəlxalq qurumların planlaşdırdığı tənəzzüldən daha böyük geriləmə var, bu da ondan xəbər verir ki, iqtisadiyyat idarəetmə məcarasından çıxa bilər.-İqtisadiyyatın bazasını təşkil edən investisiya və tikinti sahəsində tənəzzül daha böyük olmuşdur ki, bu da təbii ki, bütövlükdə inkişafa daha böyük zərbə vurur. Həm də bu meyl aybaay daha da kəskinləşir. Tikinti quraşdırma işlərində 4 ay ərzində azalma 35,5% olmuşdursa, 5 ayda bu rəqəm 37%-ə qalxmışdır. Tikintinin azalması tempinə görə Azərbaycan dünyada birinci yerdədir (cəmi bir il əvvəl tikinti meydançalarına çevrilmiş və dünya birincilərindən olan bir ölkə). May ayı tikinti işlərinin canlanma mövsümüdü, heç olmasa bu ay azalma yüngülləşməli idi.- Azalma qeyri-neft sektorunda daha qabarıq büruzə vermişdi. Əgər bütöv iqtisadiyyatda azalma 4,2% olmuşdursa, qeyri neft sektorunda 7% təşkil etmişdir. Əslində bu böhran neft sektorunda qiymətlərin düşməsi ilə əlagədar olmuşdur. Qeyri neft sektoru hətta bu azalmanın bir qismini kompensasiya etməli idi.Bəs bu nəticələri yaradan səbəblər nədir? Hamını düşündürən sualdı. Ola bilməz ki, cəmi bir-iki il əvvəl bu qədər sürətlə inkişaf edən, faktiki olaraq, iqtisadi inkişafda böyük müvəffəqiyyətlər əldə edən bir ölkə birdən birə ağır geriləməyə məruz qalsın. Mən bu barədə mətbuatda çox çıxış etmişəm və hətta, SOS siqnalı ilə xəbərdarlıq etmişdim ki, bizi yaxşı nəticələr gözləmir.Heç kim inkar edə bilməz ki, iqtisadi məsələ daimi Prezidentin diqqətindədi və islahatlar istiqamətində böyük addımlar atılmış, işlər görülmüşdü. Amma nəticə nəinki gözlənilən deyil, hətta planlaşdırlan göstəricilərdən də çox ağırdı.Demək ki, qəbul olunan islahat qərarları ya tam dolğun deyil, yəni, bütün sahələri əhatə etmir. Və ya qəbul olunan qərarlar bu günün tələblərinə cavab vermir. Təəsüflər olsun ki, bu gün bizdə hər ikisi var. Səbəblərin izahatına keçək:Məsələ burasındadır ki, bu böhran tələb böhranıdı, neftə tələbin azalması (Rusiya faktoru daxil olmaqla) ilə əlaqədar neftin iymətləri xeyli düşdü və ölkəyə daxil olan pulun miqdarı azaldı, davamı olaraq iqtisadiyyat daraldı.İstahsalı artırmağın yeganə şərti tələbdi. Belə olan halda böhrandan çıxmağın bir yolu var, o da tələb yaratmaq. Tələbi isə bazar iqtisadiyyatı şəraitində əsasən əhaliyə, müəssisə və şirkətlərə pul verməklə yaratmaq və artırmaq olar. İnsanlara pul verərkən onlar mal dalınca bazara gedirlər, bazar mal tələbi ilə istehsalçılara üz tutacaq, istehsalçılarsa uyğun olaraq işçi qüvvəsinə üz tutacaq, xammal bazarına təzyiqi gücləndirəcək. Beləcə dövriyyə və iqtisadiyyat canlanmış olacaq. Deməli, yeganə yol məhdudlaşdırıcı maliyyə siyasətindən genişləndirici maliyyə siyasətinə keçərək hər yolla bazarda pul təklifini artırmaq, həm xarici və həm də daxili mənbəələr hesabına iqtisadiyyatı maliyyə ilə təmin etmək lazımdı. Bazarda pul təklifinin artması isə emissiya, pul bazasının artırılması, mərkəz banklarının rezerv normalarının və uçot dərəcələrinin azalması, mərkəz banklarının kredit məbləginin artırılması, mərkəzi bank tərəfindən müəssisələrin, şirkətlərin, bankların, maliyyə şirkətləri, investisiya fondları və banklarının qiymətli kağızlarının kütləvi surətdə alınması, dövlət xərclərinin artırılması, büdcə kəsirinin artırılması və ümumiyyətlə borclanmanın yüksəldilməsi, əllərdə olan pulun ictimai dövriyyəyə cəlb olunması, əmanətlərin artırılması, dövlət təşkilatlarının (maliyyə qurumları, hökümət fondlarının, pensiya və sığorta fondları, istehsalat qurumlarının sərbəst vəsaitlərinin hamısının hökümət əmanətləri kimi kommersiya banklarında yerləşdirilməsi və s.yollarla həyata keçirilə bilər. Təəsüflər olsun ki, indi Azərbaycanda sanki xüsusi olaraq hazırlanmış sxem üzrə bu görülməli olan tədbirlərin hamısı tam əks istiqamətdə həyata keçirilmişdi. Belə olan halda isə hətta ən dahi hökümət və ya prezident, iqtisadçı, biznesmen artım ala bilməz. İkinci bir cədvələ nəzər salsaq vəziyəti daha aydın görmək olar:Cədvəl 2Azərbaycanda anti böhran tədbirləriN Tədbirlərin adları Böhrandan çıxmaq üçün zəruri Azərbaycanda faktiki tədbirlər1. Emissiya və pul bazasının həcmi Mütləq artmalıdı Kəskin surətdə azalmış, bir ildə iki dəfəyə yaxın2. Dövlət xərclərinin həcmi Mütləq artmalıdı kəskin azalmışdı-27%3. Uçot dərəcəsi azalmalıdı Xeyli artmışdı-3%-dən 7%-ə qaldırılmışdı.*4 Rezerv normaları azalmalıdı Artmış, milli valyutada dəyişməz qalsa da xarici valyutada 0.5% dən 1%-ə qaldırılmlşdı5 Büdcə kəsiri Artmalıdı, minimum ÜDM-nin 3% qədər Profisit yaranmış, 4 ay ərzində 714 milyon, 5 aya hələ dəqiq məlum deyil.6 Vergi dərəcələri Azalmalıdı, vergi yükü minimuma endirilməlidi Artmış, yeni vergi növləri var, vergi yükü xeyli artmışdı və ümumi vergilərin həcmi artmışdı.8 İnvestisiya xərcləri və tikinti Təsirli dərəcədə artmalıdı Xeyli-37% azalmışdı9 Milli valyutanın kursu Tədriclə yumşalmalıdı Kəskin –iki dəfə devalvasiya olmuşdu10 Xarici borcların həcmi Artmalıdı, bazar pul vəsaitlərilə tam təmin olunmalıdı Cüzi artmış, amma xaricə verilən və ya çıxarılan vəsaitlər bundan xeyli çox olmuş12 Kreditləşmə məbləği Çox artmalıdır, faizlər düşməlidi Həcm xeyli azalmış, faiz qalxmışdı13 Açıq bazarda qiymətli kağızların satın alınması MB kütləvi şəkildə qiymətli kağızları almaqla bazara pul axınını artırmalıdı Müşahidə olunmamış, tam əksinə depozit hərracı yolu ilə xeyli vəsait yayındırılmışdır-129 mln manat* Yeri gəlmişkən, 2008-ci il böhranında 14%-dən 3%-ə endirilmişdir ki, bu da ən düzgün qərar idi.Göründüyü kimi, bütün tədbirlər iqtisadiyyata, böhrandan çıxmağa lazım ola tədbirlərin əksidi, bunula bərabər ölkənin prezidentinin qarşıya qoyduğu böyük strateji məqsədini və tapşırıqlarını yerinə yetirə biləcək tədbirlərdən xeyli uzaqdı.Hər bir təhlilin nəticəsinin doğurduğu sual: nə etməli?Birinci növbədə, iqtisadiyyatın qanunauyğunluqlarına və hətta deyərdim, əlifbasına riayət edərək, yuxarıda sadalanan tədbirlər redaksiya olunmalı və düzgün istiqamətə yönəldirilməlidi. Yəni məhdudlaşdırıcı və ya daraldıcı iqtisadi siyasətdən genişləndirici siyasətə keçərək, pul bazasını xeyli artırmaq, rezerv normalarını azaltmaq, uçot dərəcəsini Avropa və ABŞ səviyyəsinə qədər endirmək (yəni, 7%-dən 0.5%-ə), rezerv normasını azaltmaq, büdcənin kəsirini ÜDM 3%-nə qədər yüksəltmək, bank aktivlərini ÜDM həcminə qədər çatdırmaq üçün lazımi tədbirlər görmək, maliyyə bazarına pul təzyiqini artırmaq, xarici kapitalın və borcların ölkənin iqtisadiyyatına maksimum dərəcədə cəlb etmək və s. İnflyasiyanın artmasının qarşısını almaq üçün onun tənzimlənə biləcək metodlarından istifadə edərək dövlətin tənzimlədiyi qiymətlərin artmasına moratoriya qoymaq;İkinci, biznesi liberrallaşdırmaq, dünya bankının Doing buziness reyting cədvəlinə birinci yerləri tutan ölkələrin (Sinqapur, Avropa birliyi ölkələri, Cənubi Koreya, Yeni Zelandiya və s) təcrübəsinə uyğun olaraq sistemi qurmaq və bu reyting cədvəlində Azərbaycanı birinci beşliyin tərkibinə çıxarmaq. Belə bir səviyyəyə nail olunması ölkədə ən azı 5% artımı təmin edəcək və ölkəyə hər hansı beynəlxalq tədbirdən daha güclü reyting, məhşurluq təmin edəcəkdi. Həmçinin, Türkiyə, Çin və Böyük Britaniya təcrübəsinə uygun olaraq kiçik biznesə yardım sistemi qurmaq və bu tədbirləri maliyyə vəsaitləri ilə təmin etmək. Neft və qaz sənayesini ucuz xammal satmaq prinsipindən əl çəkərək, əksəriyyət həcminin dərin emalını təşkil etmək və alınan məhsullarla həm daxili tələbatı təmin etmək və həm də ixrac potensialını artırmaq. Özəlləşdirməni davam etdirmək və əksəriyyət mülkiyyət növlərini dövlətin buxovundan azad edərək özəl sektora vermk bu gün üçün daha vacibdir.Üçüncü, Ölkənin iqtisadi inkişafını elmi relsə keçirmək, ABŞ, İsrail, Cənubi Koreya təcrübəsindən istifadə edərək elmə çəkilən məsrəfləri bu ölkələrin səviyyəsinə (ÜDM-də pay olaraq) qaldırmaq, elmin idarə edilməsi və maliyyələşdirilməsi sistemini dəyişdirmək, bütün iqtisadiyyatı elmləşdirmək, nüvə, elektronika, kosmos, materialşunaslıq sənaye sahələrinin inkişafının təmin olunması;Dördüncü, coğrafi mövqeyini nəzərə alaraq ölkədə tranzit iqtisadiyyatı qurmaq. Görülən tədbirlər çoxdur, amma zəruri qədər deyil. Dünyada bu sistemi ən yaxşı quran Sinqapur və BƏƏ-nin təcrübəsindən yararlanaraq ölkənin bütün qanunvericilik aktlarını bu prinsiplərə uyğun dəyişmək, geniş miqyaslı infrastruktur yaratmaq, bütün gömrük qapılarında, böyük liman, aeroportlarında və dəmir yol stansiyalarında sərbəst iqtisadi zonalar və gömrük anbarları yaratmaq, taariflərin müəyyənləşdirilməsində dövlətin rolunu məhdudlaşdırmaq, viza rejimini ciddi sadələşdirmək lazımdır.Beşinci, kənd təssərüfatını elmi reysə keçirərək yüksək sürətlə inkişaf etdirmək, bu sahədə dünyanın ən müvəffəq ölkələri olan İsrail və Hollandiyanın təcrübəsindən yararlanaraq kənd təsərrüfatının idarəetmə və maliyyələşmə (subsidiya) sisteminin, sığorta və kreditləşmə, bazar tənzimləmə fəaliyyətinin yeni prinsiplərə uyğun qurulması və kənd təsərrüfatının inkişafı səviyyəsini yaxın on il içərisində həmin ölkələrə çatdırmaq.Nəticədə bir mühüm məsələni bəyan etmək istəyirəm ki, bu təkliflər paketi yalnız quru söz yığını deyil, tərəfimizdən bunun tam mexanizmi və icra üsulu, hətta qanun, fərman və qərar layihələri hazırlanmış, bəziləri mətbuatda dərc olunmuşdu. Müvafiq orqanlara yalnız üzərində işləyib, düzəlişlər etmək və tətbiqinə başlamaq olar. Nəticəsi qarantiyalıdı, amma yenə də müzakirə olunmalıdı. Bütün dünya ölkələri bu yolu keçmiş və hələ ki, ikinci daha səmərəlisi tapılmayıb.Saleh Məmmədov, keçmiş maliyyə naziri, tanınmış iqtisadçı alim, iqtisad elmləri doktoru, professor




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler