Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İsinen Türkiye-Rusiya münasibetleri: KİM NƏ QAZANACAQ? – TƏHLİL

13 Ağustos 2016

1:04 pm


13/08/2016 [17:03]: xeber –
Rusiya və Türkiyə arasında diplomatik münasibətlərinin bərpası “Türk Axını” layihəsinin yenidən gündəmə gətirdi. Görünən odur ki, layihənin reallaşdırılmasında hər iki tərəf maraqlıdır. Belə ki, Rusiya Ukraynanı by-pass etmək, Türkiyə isə təhlükəsiz təchizata nail olmaq istəyir. Publika.az “Türk Axını” layihəsinin kimə nə verəcəyini araşdırıb: Məlumat üçün bildirək ki, “Türk Axını” Rusiya qazının Türkiyədən keçməklə Avropaya çatdırılmasını nəzərdə tutur. Kəmərlə 16 milyard kubmetr qazın Avropanın, qalan hissəsinin isə Türkiyənin daxili tələbatının ödənilməsi üçün istifadə edilməsi planlaşdırılır. Layihəyə əsasən boru xətti 910 kilometr uzunluğunda olacaq, bunun 660 kilometri Rusiya, 250 kilometri isə Türkiyə torpaqlarından keçəcək. “Türk Axını” 2018-ci ildə tamamlanacaq Xatırladaq ki, “Türk Axını” layihəsi 2014-cü ildə Rusiya Prezidenti Vladimir Putinin və Türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın Ankaradakı görüşündə gündəmə gəlib. Lakin o vaxtdan sonra iki ölkə arasında münasibətlər ciddi sınaqlardan keçdi. Belə ki, qaz təchizatı ilə bağlı qiymət endirimində razılığa gəlinməməsi, Rusiyaya məxsus “Su-24” tipli döyüş təyyarəsinin Türkiyə tərəfindən vurulması bu istiqamətdə danışıqların dayandırılmasına gətirib çıxardı. “Gazprom” “Türk axını” kəmərinin ötürücülük qabiliyyətini iki dəfəyədək azaldaraq kəmərlə 32 milyard kubmetr təbii qazın nəql olunmasına qərar verdi. Hazırda isə Türkiyə Rusiya münasibətləri yeni mərhələyə qədəm qoyub və “Türk Axını” prioritetə çevrilib.Putinlə Ərdoğanın çərşənbə axşamı görüşündən sonra Rusiyanın enerji naziri Aleksandr Novak “Türk Axını” layihəsi üzrə ilk xəttinin 2019-cu ilin ikinci yarısında inşa ediləcəyini bəyan edib. Xarici işlər naziri Mövlud  Çavuşoğlu isə görüşlərin davam edəcəyini və qısa müddətdə “Türk Axını” üzrə işlərə başlanılacağını deyib. Məlum olub ki, kəmərin tikintisi üzrə işlər 2019-cü ildə tamamlanacaq. Layihə iki ölkəyə nə vəd edir? “Türk Axını” layihəsinin mənası nədir? Rusiya və Türkiyə və Avropa üçün hansı əhəmiyyəti daşıyır? Nəzərə çatdıraq ki, maraqlar müxtəlifdir. Birincisi, Avropa rus qazından asılılıqdan xilas olmağa çalışır. Rusiya isə bir tərəfdən 2019-cu ildən Avropa ölkələrinə qaz satışında Ukraynanı by-pass etmək niyyətindədir və alternativ rota axtarışındadır. Digər tərəfdən də Avropaya qaz satışındakı hakimiyyətini qoruyub saxlamaq istəyir. Avropaya digər yolları bağlı olduğundan “Türk Axını”nın həyata keçirilməsi onun üçün böyük əhəmiyyət daşıyır. Türkiyəyə gəlincə, “Türk Axını”na “hə” deməklə orta və uzun vədədə təbii qaz ticarəti mərkəzinə çevrilməyi hədəfləyir. Rusiyanın daha çox ehtiyacı var Bu istiqamətdə rəyini bildirən ekspertlərin sözlərinə görə, “Qazprom” 2021-ci ilə qədər Avropaya illik 2-3 milyard kub metrdən daha çox qaz satmağı planlaşdırır. Bu da 5 il ərzində 10-15 milyard kub metr əlavə qaz deməkdir. Sual doğuran “Qazprom”un  bu qazı kimə satacağıdır? Çünki Avropada “Qazprom”dan qaz alışını son 10 ildə nizamlı şəkildə artıran iki ölkə var. Onun biri Almaniya, digəri Türkiyədir.Rəqəmlərə nəzər salaq… “Qazprom” Avropaya 2005-ci ildə cəmi 162 milyard kub metr qaz satıb. Bu rəqəm 2015-ci illə eynidir. “Qazprom”un Almaniyaya qaz satışı 2005-ci ildəki 36 bcmdən, 2015-ci ildə 45.3 bcm-ə yüksəlib. Türkiyəyə satış 2005-ci ildəki 18 bcmdən, 2015-ci ildə 27 bcmə çatıb. “Qazprom”un Almaniya və Türkiyə xaricində Avropanın digər ölkələrinə satışı isə 2005-ci ildə 107.6 bcmdən, 2015-ci ildə 86.2 bcmə düşüb. Bu səbəbdən Rusiyanın Türkiyəyə, Türkiyənin Rusiyaya olduğundan daha çox ehtiyacı var. Çünki Rusiyanın qərb bazarında  qazını satmaq üçün yeganə tranziti Türkiyədir. Türkiyə tərəfdən məsələyə yanaşan mütəxəssislərin fikrincə, 2019-cu ildən sonra “Qərb Xətti”ndən gələn qazın taleyinin necə olacağı məlum deyil. “Türk Axını” həyata keçsə, Türkiyənin təbii qaz təhlükəsizliyi bir kəmərlə  təmin edilmiş olacaq. Türkiyə bu gün “Qərb Xətti”ndən 14 bcm illik qaz alışı reallaşdırılır.Ekspertlərin fikrincə, “Türk Axını”ndan daha çox qaz əldə edilərsə, əlavə qaz özəl sektora verilə bilər. Amma ən əhəmiyyətlisi miqdar artımı deyil, Düşünülür ki, Türkiyə 2019-cu ildən  sonra Ukrayna ilə yaranacaq  problemləri aradan qaldırmış olacaq. OXFORD Enerji İnstitutunin  Qaz Araşdırma Hissəsinin rəhbəri professor Conathan Stern bildirir ki, “Türk Axını”na ikinci bir xəttin əlavə olunub-olunmayacağı sual olaraq qalır.Onun sözlərinə görə, bu iki faktorla əlaqədar reallaşa bilər: “Birincisi,  Türkiyənin Rusiyadan əlavə qaz tələbinin olub-olmayacağıdır, ikincisi  Avropa Birliyi (AB) və Rusiya arasındakı problemlərin  həllidir”. Stern hesab edir ki, Türkiyənin Rusiyadan daha çox təbii qaza ehtiyacı olarsa, ikinci bir xətt inşa ediləcək: “Əgər Rusiya və AB arasındakı problemlər həll edilsə, bu səfər də ikinci bir “Türk Axını” xətti yerinə “Cənub Axını” layihəsi ortaya çıxa bilər. TANAP və ya “Şimal Axın 2” kimi digər layihələr də bu proseslərdə müstəqil olaraq irəliləyəcəklər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler