Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD Yemendeki partlayışa göre mesuliyyeti üzerine götürüb – YENİLƏNİB

29 Ağustos 2016

10:00 am


29/08/2016 [13:58]: xeber –
Yəmənin Ədən şəhərindəki partlayışa görə, məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.sayt xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.Son məlumatlara görə, terror aktı qurbanlarının sayı 65 nəfərə çatıb, 55 nəfər isə yaralanıb. Onların şoxunun vəziyyəti ağır kimi qiymətləndirilir.Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsinin yaxınlığında baş verib.Terrorçu-kamikadze ölkənin silahlı qüvvələrinin sıralarına qoşulmaq istəyən şəxslərin yaxınlığında avtomobili partladıb. ***Yəmənin Ədən şəhərində baş vermiş partlayışda ölənlərin sayı ilə bağlı ziddiyyətli məlumatlar daxil olub.saytRöyters agentliyinə istinadən xəbər verir ki, “Sərhədsiz həkimlər”in yaydığı məlumata əsasən, ölənlərin sayı 45, yaralıların isə sayı 60 nəfərə çatıb. Al Arabiya telekanalı isə polisə istinadən xəbər verir ki, ölənlərin sayı 50 nəfərə çatıb.Təhlükəsizlik xidmətinin əməkdaşı hücumu törədənlərin partlayıcı qurğu yerləşdirilmiş avtomobili Yəmən ordusu üçün yeni əsgərlərin cəlb edildiyi düşərgəyə istiqamətləndirdiyini təsdiqləyib. Onun sözlərinə görə, ölənlərin sayı arta bilər.***Bu gün səhər saatlarında Yəmənin cənubunda yerləşən Ədən şəhərində partlayış olub.sayt RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər həlak oub.Hadisə Yəmən ordusuna könüllülərin qəbulu məntəqəsinin yaxınlığında baş verib. Mənbənin məlumatına görə, terrorçu-kamikadze ölkənin silahlı qüvvələrinin sıralarına qoşulmaq istəyən şəxslərin yaxınlığında avtomobili partladıb. Mənbə hadisə qurbanlarının sayının arta biləcəyini də vurğulayıb.Hələlik partlayışa görə, məsuliyyəti bölgədə fəaliyyət göstərən qruplaşmalardan heç biri üzərinə götürməyib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler