Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD sıralarına qoşulmuş efsanevi güleşçinin facievi aqibeti

29 Eylül 2016

11:40 am


29/09/2016 [15:39]: xeber –
Mətbuatda bir vaxtlar Azərbaycan güləş yığmasının əsas fiqurlarından olan dağıstanlı idmançı Çamsulvara Çamsulvarayevin İraqa gedərək İŞİD qruplaşmasına qoşulması haqda məlumatlar yayılmışdı. Yayılan məlumatlarda o da bildirilirdi ki, Çamsulvarayev artıq öldürülüb.İdmançının həlak olmasını Britaniyanın IHS Analitik Mərkəzinin eksperti Coanna Paraşuk da təsdiqləyib.sayta Çavsulvarayevin hansı şəraitdə İŞİD qruplaşmasına qoşulması haqda faktlar daxil olub. Daxil olmuş məlumatda bildirilir ki, Çamsulvarayev Bakıda olduğu müddətdə müntəzəm olaraq Ləzgi məscidini ziyarət edirmiş. Bu məsciddin apardığı təbliğat nəticədində yüzlərlə həmyerlimiz İŞİD sıralarına qoşulub. Dağıstanlı idmançı da radikal sələfilərin məscidinə getdikdən sonra idmana marağı azalmağa başalayıb. Bir müddət sonra isə o, ümumuyyətlə yox çıxıb. Qeyd edək ki, Dağıstanda və bütün Rusiyada sələfilərin  məscidləri qapadılıb. Əslən dağıstanlı olan Çamsulvarayev Dağıstanda onun əqidəsinə uyğun məscid olmadığına görə, Azərbaycandakı Ləzgi məscidinə gələrək burada ibadət edirmiş. O, məscidin təbliğ etdiyi cihad fərzi (vacib) əsas götürərək İŞİD-ə qoşulub. Nəzərinizə çatdıraq ki, ölkəmizdəki Ləzgi məscidi artıq 2 aydan çox müddətdir ki, qapadılıb.Onu da xatırladaq ki, uzun müddət millimizin üzvü olmuş 32 yaşlı idmançı bir neçə dəfə dünya və Avropa çempionatlarında mükafatlar da qazanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler