Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD möğvqeleri Türkiye istehsalı olan PUA-larla darmadağın edildi –

04 Eylül 2016

11:24 am


04/09/2016 [15:20]: xeber –
sayt xəbər verir ki, Türk Silahlı Qüvvələri İŞID-a qarşı başlatdığı “Fırat Qalxanı” əməliyyatında Türkiyə istehsalı olan Bayraktar TB-2 silahlı pilotsuz uçan aparatından (PUA) istifadə edib. Bayraktar TB-2 silahlı PUA İŞID hədəflərini dəqiqliklə vuraraq ilk hücum əməliyyatını uğurla başa çatdırıb. Türkiyə prezidenti R.T. Ərdoğanın kürəkəni, eyni zamanda Bayraktar TB-2 aparatının istehsalını həyata keçirən şirkətin rəhbəri Səlcuq Bayraktar İŞID-a qarşı hücum əməliyyatını yerinə yetirən TB-2 aparatının şəklini tvitter hesabından paylaşıb. Şəkildə aparata yerləşdirilmiş MAM-L raketinin üstünə 15 iyul hərbi çevrilişinə qarşı mübarizədə qəhrəmancasına şəhid olmuş Ömər Halis Dəmirin adı yazıldığı görülür. Xatırladaq ki, Bayraktar TB-2 aparatının sınaq uçuşları aprel ayında keçirilib və keçən ay Türk Silahlı Qüvvələrinin istifadəsinə verilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler