Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD lideri hele de Mosul erazisindedir

02 Kasım 2016

6:16 am


02/11/2016 [10:13]: xeber –
“İslam dövləti” (İŞİD) terror qruplaşmasının lideri Abu Bəkr əl-Bağdadi hələ də İraqın Mosul şəhəri ərazisindədir.  Bu barədə “Independent” qəzeti məlumat yayıb. Nəşrə verdiyi müsahibədə Şimali İraq Kürdistan Muxtariyyətinin prezident administrasiyasının rəhbəri Fuad Hüseyn bəyan edib ki, əl-Bağdadi oradadır, onun ölümü bütün İŞİD sisteminin sonu olacağına dair bir neçə mənbədən məlumat alıb. Hüseynin sözlərinə görə, İŞİD liderinin Mosulda olması şəhərin yaraqlılardan təmizləmə əməliyyatının gedişatını çətinləşdirə və ləngidə bilər. O, həmçinin qeyd edib ki, Mosulun azad edilməsi bir çox amillərdən, əsasən də yaraqlıların Dəclə çayı üzərində beş körpünü partladacaqlarından asılı ola bilər.Mosula miqyaslı hücum oktyabrın 17-dən ABŞ-ın rəhbərlik etdiyi koalisiya aviasiyasının dəstəyi ilə İraq hərbçiləri və polis qüvvələri, eləcə də kürd qruplaşmaları tərəfindən həyata keçirilir. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler