Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

İŞİD lideri Bağdadi Türkiye ile bağlıfitva verdi: “Oranı işğal edin!”

03 Kasım 2016

11:04 am


03/11/2016 [15:01]: xeber –
İŞİD-in yayın orqanlarında təşkilatın lideri Əbubəkir əl Bağdadiyə aid olduğu bildirilən bir səs qeydi yayınlanıb.Reuters agentliyinin abunəçilərinə yaydığı 31 dəqiqəlik səs qeydində Mosul əməliyyatlarının uğursuz olacağına əminlik ifadə edilir, İŞİD üzvləri Türkiyəni işğal etməyə çağırılır.Səs yazısında Mosul əməliyyatı ilə bağlı bəzi ifadələr yer alıb: “İslam Dövlətinin bu gün apardığı böyük cihad və getdikcə şiddətlənən bu müharibə zəfərin bir addımlığında olduğumuza inamımızı artırır. Ninova xalqı “Allah düşmənləri”nə qarşı apardığımız cihadın zəifləməsinə icazə verməməlidir!”  (sputnik.az)Burada Türkiyəyə də ayrıca bir bölmə həsr edilib. Bağdadiyə aid olduğu iddia edilən səs İŞİD üzvlərinə xitabən deyir: “Artıq nifrətinizin atəşini türk əsgərlərinə boşalda bilərsiz.” Səs yazısının Türkiyə ilə bağlı başqa bir yerində isə deyilir: “Türkiyə bu gün artıq mənzilinizə girdi, cihadınızın hədəflərindən birinə çevrildi. Oranı işğal edin, təhlükəsiz olduğunu düşündüyü yerlərə qorxu yayın.”Səs yazısında təşkilatın intihar qruplarına da çağırış edilir: “İnanmayanların gecəsini gündüzə çevirin, torpaqlarını yerlə-yeksan edin, qanlarının çay kimi axmasını təmin edin”.Burada “kafir Səudiyyə Ərəbistanı”na hücuma da çağırış edilib.  Bağdadiyə aid olduğu iddia edilən sonuncu səs yazısı 2015-ci ilin dekabrında yayınlanmışdı. O yazıda Rusiyanın hava hücumları və ABŞ-ın lideri olduğu koalisiyanın İŞİD-i zəiflədə bilmədiyi ifadələri işlədilmişdi. Əbu Bəkir əl Bağdadinin xəlifəliyini elan etdiyi Mosul, 2014-cü ilin iyununda ələ keçirilməsindən indiyə qədər təşklilatın qalası rolunu oynayır.(Sputnik) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler