Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“İŞİD iri dövletler üçün sadece behanedir”

27 Ağustos 2016

7:40 am


27/08/2016 [11:39]: xeber –
Politoloq Qabil Hüseynli sayt-a açıqlamasında bəzi iri dövlətlərin
İŞİD amilindən bəhanə kimi istifadə edərək Suriyadakı maraqlarını həyata
keçirmyə çalışdıqlarını bildirib. Ekspertin sözlərinə görə, əslində İŞİD bəhanəsi
 bir çox dövlətin işinə yarayır:

“Reallıq bundan ibarətdir ki, bəzi iri dövlətlər İŞİD-in Suriyadakı
mövcudluğundan istifadə edərək bu ölkəyə müdaxilə edir, öz nüfuz və təsirlərini
möhkəməndirməklə bu dövlətlə bağlı niyyətlərini həyata keçirməyə çalışırlar.
İstər ABŞ, istər Rusiya, istərsə də İranın Suriya ilə bağlı siyasətində bu dəsti-xətt
özünü hiss etdirir. Suriyada uzun müddətdir ki, davam edən vətəndaş müharibəsi
bu dövlətlər üçün heç bir əhəmiyyət kəsb etmir. Onlar baş verənləri yalnız öz
maraqları konteksindən dəyərləndirir və bu konteksdən hərəkət edirlər. Belə bir
halda Türkiyənin Suriyada həyata keçirdiyi anti-İŞİD əməliyyatları terrorizmə qarşı
həqiqi mübarizə baxımından xüsusilə əhəmiyyətlidir. Lakin onu da unutmaq olmaz
ki, Suriyada vəziyyət olduqca mürəkkəb və həssasdır. Bu isə Türkiyədən ikiqat
diqqət və ehtiyatlılıq tələb edir”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler